SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Məhkəmə Mübariz İbrahimovu tənqid edən psixoloqla bağlı QƏRAR VERDİ

Məhkəmə Mübariz İbrahimovu tənqid edən psixoloqla bağlı QƏRAR VERDİ

Tarix:

6-03-2019, 16:21

/ 1 236 dəfə oxundu.
Məhkəmə Mübariz İbrahimovu tənqid edən psixoloqla bağlı QƏRAR VERDİ

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadə barəsində Xətai rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə Oxu.Az-a vəkil Ramil Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iş baxılması üçün yenidən Xətai Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası yaxın vaxtlarda məlum olacaq.

Qeyd edək ki, N.Şahmarzadə ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edilsə də, məhkəmə işə baxmaqdan imtina etmişdi.

Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib.

Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı, Fövqaladə Hallar Nazirliyinin mayoru, doqquzqat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.

Şərhlər

XƏBƏR LENTİ