SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Abbasın köməkçisinin məhkəməsi oldu - “İşə düzəltmək üçün 100 min istədi”

Abbasın köməkçisinin məhkəməsi oldu - “İşə düzəltmək üçün 100 min istədi”

Tarix:

5-02-2019, 15:28

/ 1 125 dəfə oxundu.
Abbasın köməkçisinin məhkəməsi oldu - “İşə düzəltmək üçün 100 min istədi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Abbas Bağırovun köməkçisi, dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin məhkəməsi keçirilib.

Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə baxış iclası baş tutub.

O.Mehrəliyev ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Zərərçəkmiş Xətai Yusubov ifadə verərək deyib ki, O. Mehrəliyev Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə işə düzəltmək üçün ondan 100 min manat istəyib: “Orxan dedi ki, bacısının əri Rizvan Abbasov Daxili Qoşunlarda işləyir, ona deyəcək. Orxanla 50 minə razılaşdıq, pulu ona verdim. Sonra Rizvan Abbasovun işlədiyi yerə gedib, danışdıq. O, məndən Ədliyyə Nazirliyindən arayış almaq üçün əlavə 2500 manat pul istədi, onu da verdim. Bir müddət sonra bildim ki, Müdafiə Nazirliyində belə bir boş yer yoxdur və aldanıldığımı başa düşdüm. Rizvan Abbasovla bağlı Hərbi Prokurorluğa müraciət etdim, sonra işi Sumqayıt Prokurorluğuna göndərdilər”.

Proses fevralın 12-də davam etdiriləcək.

İttihama görə, O.Mirəliyev həmçinin, müğənni Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 KV/metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib. Həmin torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb.

2017-ci ildə Maman Nadirovdan 3500 manat alaraq, onun cinayət işinə xitam verdirdirəcəyini vəd edib.

Qeyd edək ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır.

Şərhlər

XƏBƏR LENTİ