SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » RAMİZ RZAYEVİN TELEFON ZƏNGİ İLƏ QƏBUL EDİLƏN MƏHKƏMƏ QƏRARINA RUSİYA HÖKUMƏTİ QARIŞASI OLDU

RAMİZ RZAYEVİN TELEFON ZƏNGİ İLƏ QƏBUL EDİLƏN MƏHKƏMƏ QƏRARINA RUSİYA HÖKUMƏTİ QARIŞASI OLDU

Tarix:

4-02-2019, 12:18

/ 1 210 dəfə oxundu.
RAMİZ RZAYEVİN TELEFON ZƏNGİ İLƏ QƏBUL EDİLƏN MƏHKƏMƏ QƏRARINA RUSİYA HÖKUMƏTİ QARIŞASI OLDU

..«Biləcəri Təmir-Quraşdırma Tresti» QTSC-nin sədri Nazim Tahirov Ali Məhkəmənin 30 yanvar 2019-cu il tarixli qanunsuz və biabırçı qərarından Prezident İlham Əliyevə şikayət qəbul edib. Həmin müraciət "Təzadlar"ın saytında yayımlanıb, yanvarın 5-də qəzetdə dərc ediləcək. (http://www.tezadlar.az/…/42780-al-mhkmdn-babr-qrar-sahbkar-…).
Hakimləri qınamalı deyil. Yanvarın 30-da Ali Məhkəmənin sədri Ramiz Rzayev mahiyyətini bilmədiyi, ona məruzə olunmamış iş üzrə Fransadan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyanın sədri, MM-in Aparat rəhbəri Səfa Mirzəyevin qardaşı Hikmət Mirzəyevə zəng edir, sonuncu da işə baxan məhkəmə heyətinin sədri, hakim Zakir Quliyevə tapşırır ki, "Cənnət park" MTK-nın xeyrinə qərar çıxarılsın. Hakim Zakir Quliyev də onun dediyini edir, amma demir ki, sənab sədr, bu "Cənnət Park"ın bu borulara qəti aidiyyəti yoxdur... İndi məsələyə həmin boruların mülkiyyətçisi olan Rusiyanın Nijeqorod şəhər Prokurorluğu qarışıb... Rüsvayçılıqdır. Bu cür də məhkəmə sistemi olarmı? Rusiya Federasiyası Nije Qorod Vilayəti Vıksinski Metalurgiya zavodunun 09.06.2014-cü il, 11.08.2014-cü il, 19.09.2014-cü il, 07.11.2014-cü il , 29.12.2014-cü il tarixli Məktublarından da göriinür ki, borular Trestin sərəncamındadır və həmin boruların 6.939.530,40 $ ABŞ dolları olan dəyəri də, hələ də zavoda ödənilməmişdir...

Ramiz Rzayev Ali Məhkəmənin bir il əvvəlki qərarını tanımır...

Ali Məhkəmə və Konstitusiya Məhkəməsi bir əvvəl bu iş üzrə tamamilə başqa qərar qəbul edərək göstərir ki, “Cənnət Park” MTK-nın bu iş üzrə nəinki 3-cü şəxs, heç onbeşinci şəxs də deyil, bu işə cəlb olunması mümkün deyil, MTK saxta müqavilə tərtib edərək özünə "hazırca kökə" tapmaq arzusunda olub. Bunu Azərbaycan Audit Palatası da aktları ilə təsdiqləyib.
Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarında (iş № 2-2(102)-252(2017)) konkret olaraq göstərilir: “16 saylı Tİİ Tresti ilə «Cənnət Park» MTK arasında bağlanmış müqavilənin özündə də qeyd edildiyi kimi, müqavilə bağlandığı andan deyil, “Cənnət Park” MTK tərəfindən 2.099.200 manat məbləğində pul vəsaiti nağd olaraq 16 saylı TİİT-yə verildikdən sonra qüvvəyə minməli idi. Hər iki tərəf hüquqi şəxs olduğundan aparılmış bütün əməliyyatlar, o cümlədən böyük məbləğdə pul vəsaitinin borc olaraq başqa müəssisəyə verilməsi ciddi hesabat sənədi hesab edilən kassa məxaric orderi vasitəsilə rəsmiləşdirilməli, bu hər iki müəssisənin mühasibatlıq sənədlərində, hesabatlarında öz əksini tapmalı, mədaxil və məxaric əməliyyatları aparılmalı idi. Qeyd edilən halları təsdiq edən sübutlar olmadığı halda, borc müqaviləsi borcun real olaraq verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, “Cənnət Park” MTK tərəfindən 16 saylı Tİİ Trestinə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən, yuxarıda qeyd olunan hallara dair lazımi sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu barədə “MKM-Mənzil Tikinti Kooperativi”nin hüquqi varisi olan “Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi təklif edilsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir”.
İndi məsələyə Rusiya Federasiyasının və Nije Qorod şəhər Prokurorluğu qarışıb, qalmaqal böyüyür...
Daha ətraflı yazını təqdim edəcəyik.

Şərhlər

XƏBƏR LENTİ