SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Sabiq başçının əmisi oğlunun məhkəməsi oldu - “40 minə razılaşdıq”

Sabiq başçının əmisi oğlunun məhkəməsi oldu - “40 minə razılaşdıq”

Tarix:

17-01-2019, 17:08

/ 1 104 dəfə oxundu.
Sabiq başçının əmisi oğlunun məhkəməsi oldu - “40 minə razılaşdıq”

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini Xalid Məmmədovun məhkəməsi keçirilib.
Hakim Mahmud Ağalarovun icraatında olan prosesdə Elsevər Rufullayev ifadə verərək deyib ki, Xətai rayonunda çay evi tikmək üçün X.Məmmədovun yanına gedib: “Xalid məndən əvvəlcə 100 min, sonra 90 min və daha sonra da 60 min manat pul istədi. Nəhayət, tikinti aparmaq üçün 40 minə razılaşdıq. Xalid Qaçay Əzizli ilə telefonda danışıb, məni onun yanına göndərdi. Qaçay torpağa eskiz layihə çəkib, verdi. Tikinti işlərinə başlayan kimi Bakı Şəhər İcra Hakimiyyətinin Nail adlı əməkdaşı ilə, Fövqəladə Hallar Nazirliyinin Babək adlı əməkdaşı gəlib, işi dayandırdılar. Sonra Xalid dedi ki, 5 min manat da versəm, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı ilə söhbəti həll edəcək. Mən də 5 min manatı Xalidin sürücüsünə verdim. Sonradan iş yenidən dayandırıldı və aldadıldığımı bildim".

X.Məmmədov E.Rufullayevdən 40 min manat pul almadığını söyləyib.

Məhkəmədə elan olunub ki, torpağın sənədində Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, mərhum Rəfael Allahverdiyevin saxta imzası olub. Cinayət işində adı keçən E.Rufullayev, İlham Məlikov, Oruc Rzayev və Bakı Şəhər İcra Hakimiyyətinin Nail adlı əməkdaşı barəsində cinayət işi başlanılıb, ayrıca icraata ayrılıb və hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Proses yanvarın 18-də davam etdiriləcək.

İttihama görə, o, Xətai rayonunda bir sıra qanunsuz tikililərlə bağlı rüşvət almağa görə həbs edilib.

Xatırladaq ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovun əmisi oğludur. Razim Məmmədov dekabrın 13-də prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad olunub.

Şərhlər

XƏBƏR LENTİ