SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanuna dəyişiklik qəbul edildi

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanuna dəyişiklik qəbul edildi

Tarix:

10-03-2017, 13:27

/ 1 676 dəfə oxundu.
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanuna dəyişiklik qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sərhəd qoşunları haqqında”, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunlara dəyişiklik məsələsi müzakirə olunaraq qəbul edilib.

xalqxeber.az xəbər verir ki, dəyişikliyə əsasən qanunun 1.1. 6-cı bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də digər əşyaların Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqələrindən kənardan Azərbaycanın dövlət sərhədindən keçirilməsinin qarşısının alınmasını təmin edir.

6-1-ci bəndə görə isə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısını almaq üçün tədbirlər görür.

Bundan əlavə olaraq, qanunun 2.2 bəndinə əlavələr də edilib.

Şərhlər

XƏBƏR LENTİ