SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Natavan Mirvətova ifadələrində cinayət əməllərini faktiki olaraq etiraf edib -İSTİNTAQA İFADƏSİNDƏN

Natavan Mirvətova ifadələrində cinayət əməllərini faktiki olaraq etiraf edib -İSTİNTAQA İFADƏSİNDƏN

Tarix:

10-03-2017, 13:01

/ 3 503 dəfə oxundu.
Natavan Mirvətova ifadələrində cinayət əməllərini faktiki olaraq etiraf edib -İSTİNTAQA İFADƏSİNDƏN

Ləğv edilmiş MTN-in Əməliyyat-texniki İdarəsinin rəisi vəzifəsini daşımış Natavan Mirvətova istintaqa ifadəsində bütün tapşırıqları, şifahi və yazılı olmaqla sabiq nazir Eldar Mahmudovdan alıb.
Məlumata görə, Azərbaycan Respublikasının CM-nin 302.2, 308.2, 309.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilmiş Mirvətova Natavan Mürsəl qızı özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməsə də, ifadələrində cinayət əməllərini faktiki olaraq etiraf edərək göstərib ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Əməliyyat texniki İdarəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununu, MTN naziri tərəfindən təsdiq edilmiş Əməliyyat-texniki idarənin Əsasnaməsini və idarənin vəzifə təlimatlarını rəhbər tutub.
N.Mürvətova ifadəsində bildirib ki, uzun illər, yəni 45 il milli təhlükəsizlik orqanlarında aşağı vəzifələrdən başlayaraq idarə rəisi vəzifəsinə kimi yüksəldiyindən işində, eyni zamanda öz təcrübəsinə əsaslanıb, qanunvericiliyə əsasən Telefon danışıqlarının qulaq asma yolu ilə ələ keçirilməsi məhkəmə qərarı əsasında verilmiş rəsmi tapşırıq üzrə həyata keçirilməli, rəhbəri olduğu Əməliyyat-Texniki İdarəsində Telefon danışıqlarının qulaq asma yolu ilə ələ keçirilməsi əməliyyat idarələrində verilərək nazir tərəfindən təsdiq olunmuş tapşırıqlar əsasında həyata keçirilmiş, bəzi hallarda idarələrdə tapşırıqlar daxil olanda o, tapşıqda tədbirin əsaslandırılması qrafasında məhkəmənin qərarı qeyd olunmadığını görüb tapşırığı verən idarənin rəhbərliyi ilə əlaqə saxlayaraq, məhkəmə qərarını onlardan istəyib.
Lakin həmin idarələrdə ona məhkəmə qərarının olacağını desələr də, sonradan həmin qərarı verməyiblər, rəhbərlik etdiyi idarəyə daxil olan tapşırıqların düzgün tərtibatına fikir verib və tapşırıq tam doldurulmadıqda tapşırığı verən idarənin rəhbərliyi ilə danışıb, bu barədə məlumat verib, lakin hərdən elə olub ki, həmin idarələrin rəhbərləri ona tapşırıqdan olan nöqsanları aradan qaldıracaqlarına və qulaqasma ilə bağlı məhkəmə qərarı olmasını desələr də, sonradan həmin nöqsanları aradan qaldırmayıblar, o, da tapşırıqdan nazirin icazəsi barədə imzasının olduğunu görüb, məcbur olaraq həmin tapşırıqların icrasına göstəriş verib.
Rəhbərlik etdiyi idarədə telefon danışıqlarına qulaq asma texniki tədbir həyata keçirilərkən müstəsna hallarda icraçı tərəfindən təşəbbüskara birbaşa obyektin hansı ərazidə olması, telefonla kiminlə, hansı danışıqları aparması barədə məlumatlar verilib, bu təşəbbüskarların xahişi əsasında əməliyyat tədbirləri keçirilərkən olmuş, lakin onlar belə hallarda işçilərə üstüörtülü, yəni açıq olmamaq şərti ilə məlumatların verilməsinə icazə veriblər.
Məlumatlar da yalnız nazirliyin işçilərində olan daxili xidməti telefonlar vasitəsi ilə verilib, başqa telefonlarla məlumatların təşəbbüskara verilməsi qadağan olunub, 01.07.2014-cü il tarixli 011685 №-li, 14.08.2015-ci il tarixli 002706 №-li, 02.06.2014-cü il tarixli 010749 №-li, 18.09.2014-cü il tarixli 009226 №-li, 19.03.2014-cü il tarixli 009461 №-li, 09.04.2015-ci il tarixli 000007 №-li tapşırıqlardan «T.Adıgözəlova, E. Əzizov »,« A.Məmmədov, E.Əzizov »,« T.Adıgözəlova, A.Kazımov »dərkənarlarının altında olan imza və tarixlər onun tərəfindən icra olunub, telefon danışıqlarının qulaq asma yolu ilə ələ keçirilməsi yalnız məhkəmə qərarı əsasında həyata keçirilməli, onlar da bu barədə idarələrdə tapşırıqlar daxil olanda tapşırıqdan tədbirin əsaslandırılması qrafasında məhkəmə qərarının qeyd olunmadığını gördükdə, bu barədə təşəbbüskar idarələrin rəhbərləri ilə əlaqə saxlayıb bunu deyib.
Onlar da məhkəmə qərarlarını verəcəklərinə söz versələr də, sonradan bəzi hallarda məhkəmə qərarlarını təqdim etməyiblər. Nazirin tapşırıqlardan imzasını görüb, onun göstərişinə əsaslaranaq, tapşırığın icrasını təmin edib, 31 may 2012-ci il tarixli Q / 005 nömrəli qərarla təsdiq olunmuş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əməliyyat-texniki tədbirlərinin keçirilməsi qaydaları haqqında təlimat” la o tanışdır, onlar işlərini “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunları və Cinayət-Prosesual Məcəlləsində əlavə qeyd edilən təlimat tələblərinə uyğun icra etmişlər, lakin bəzi hallarda həmin təlimat tələblərini tam icra edə bilməmişlər, ona görə ki, onların idarəsinə telefon danışıqlarına qulaq asma barədə tapşırıqlar daxil olanda məhkəmə qərarı olmadıqda həmin qərarı təşəbbüskar idarələrin rəhbərlərindən tələb edib.
Lakin MTN-nin sabiq nazirinin tapşırıqdan tədbirin icrasına dair imzası olduğu üçün həmin tapşırığın icrasını təmin edib, hərbi təşkilat olduqları üçün həmin məsələlərdə yuxarı rəhbərliyin göstərişini icra edibdir.
Əməliyyat-Texniki idarəyə hər-hansı bir telefona qulaq asılması üçün tapşırıq daxil olduqda icrasını o, birbaşa idarənin 1-ci şöbəsinin mütəxəssisi Təranə Adıgözəlovaya və 2-ci şöbənin rəisi vəzifəsini icra edən Elşad Əzizova həvalə etməklə bu barədə tapşırığın üzərinə dərkanar qoyub, imza edib.
Tapşırıq 1-ci şöbənin mütəxəssisi Təranə Adıgözəlovaya daxil olduqda sonuncu texniki cəhətdən nömrəni qulaqasmaya qoşub, 2-ci şöbənin rəisi Elşad Əzizov isə qulaqasma tədbirinin keçirilməsini rəhbərlik etdiyi şöbənin konkret əməkdaşına həvalə etməklə tapşırığın üzərinə bu barədə dərkənar qoyub, tapşırığın icrasında Məxfilik qorumaq üçün icranı birbaşa 1 -ci şöbənin mütəxəssisinə həvalə edib.
Bir qayda olaraq belə müəyyən edildiyi üçün tapşırığın icrası birbaşa 1-ci şöbənin mütəxəssisinə həvalə olunduğu halda, qulaqasma tədbirinin həyata keçirilməsi 2-ci şöbənin rəisi vəzifəsini icra edən Elşad Əzizova həvalə olunmuş, 2-ci şöbədə mobil və şəhər telefonlarına qulaqasma tədbiri həyata keçirilib.
Ələsgərov Şahin İsmayıl oğlunun, Sadıxov Akif Ənvər oğlunun, Əsgərov Həsən Məmməd oğlunun və Mehdiyev Adil Şamil oğlunun istifadəsində olan …. nömrəli şəhər (lokal) telefonlarını xatırlamır.
Əgər həmin telefonlara Əməliyyat-Texniki İdarədə qulaqasma tədbirinə dair müvafiq sənədləşmə aparılmayıbsa, deməli, həmin nömrələrə yalnız sabiq nazirin şifahi göstərişinə əsasən, o, şifahi qaydada işçilərinə həmin telefonlara qulaq asılmasına dair göstəriş verib.
Sabiq nazirin göstərişi olmadan o, müvafiq sənədləşmə olmadan həmin telefonlarla aparılan danışıqlara qulaqasma tədbirinin həyata keçirilməsinə göstəriş verməzdi.
Qeyd edək ki, Mirvətova Natavan Mürsəl qızı cinayət əməllərinə görə 17.10.2015-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 19.10.2015-ci il tarixdə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, ona Azərbaycan Respublikasının CM-nin 302.2, 308.2, 309.1-ci maddələrində nəzərdə tutulan ittihamlar elan edilmiş, həmin tarixli qərarlarla onun barəsində ibtidai istintaq orqanı tərəfindən başqa yerə getməmək haqqında iltizam və Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən isə həmçinin vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilib.
Xatırladaq ki, həbs edilənədək general-mayor rütbəsini daşımış N.Mirvətova ləğv edilmiş MTN-in Əməliyyat-texniki İdarəsinin rəisi vəzifəsini daşıyıb.
İxtisasca filoloq olan N.Mirvətova Azərbaycanın ilk qadın generalı olub. O, Azərbaycan tarixində ilk dəfə olaraq general-mayor hərbi rütbəsi ilə təltif olunan qadındır. Prezident İlham Əliyevin 2009-cu il, 28 mart tarixli sərəncamı ilə bu rütbəyə yüksəlib.
Natəvan Mirvətova 2013-cü ilin martın 28-də “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şərhlər

XƏBƏR LENTİ