SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Beynəlxalq Bankla bağlı daha bir qalmaqallı iş - Allahverdiyev 15 milyonu nə edib?

Beynəlxalq Bankla bağlı daha bir qalmaqallı iş - Allahverdiyev 15 milyonu nə edib?

Tarix:

8-01-2019, 16:14

/ 1 232 dəfə oxundu.
Beynəlxalq Bankla bağlı daha bir qalmaqallı iş - Allahverdiyev 15 milyonu nə edib?

Azərbaycan Beynəlxalq Bankının 15 milyonunu mənimsəməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi mülki iddia qaldırıb.

Nümayəndə banka vurulan ziyanın 15 milyon manat olduğunu qeyd edib. O bildirib ki, pulun 3 milyon manatı ödənilib. Məhkəmə mülki iddianı icraata götürülüb.

İttihama görə, iş adamı Rauf Allahverdiyev bankın Moskva filialından 15 milyon manat kredit götürüb. Lakin, sonradan krediti qaytara bilməyib.

Növbəti məhkəmə iclası yanvarın 11-nə təyin edilib.

Şərhlər

XƏBƏR LENTİ