XalqXəbər.Az

Fədayə Laçına hökm oxundu

yüklənir...
Fədayə Laçına hökm oxundu
26-12-2018, 19:56
yüklənir...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, polkovnik Bəhruz Abdullayevin məhkəməsi keçirilib.

Məhkəmə kollegiyasının hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri Tural Poladxanov və Fuad Hacıyevin hər biri 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il, Əli Ağami 20 il müddətinə azadlıqdan məhrum edilib.

Polkovnik Bəhruz Abdullayevin ittiham olunduğu mənimsəmə ittihamı üzrə ona bəraət verilib və rüşvət almaq maddəsi isə ittihamdan xaric olunub.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.