XalqXəbər.Az

Keçmiş arvadı ilə anasını öldürənə ömürlük həbs cəzası verildi

yüklənir...
Keçmiş arvadı ilə anasını öldürənə ömürlük həbs cəzası verildi
20-12-2018, 17:04
yüklənir...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadı və qayınanasını öldürməkdə təqsirləndirilən Ramin İsmayılova hökm oxunub.

Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə R.İsmayılov ömürlük azadlıqdan məhrum edilib. İttihama görə, R.İsgəndərov xüsusi amansızlıqla həyat yoldaşı, 1987-ci il təvəllüdlü Günay İsgəndərova və onun anası, 1954-ci il təvəllüdlü Ətir Şirinovanı qətlə yetirib.

Ə.Şirinova rəsmi sənəddə belə qeyd olunsa da, ailəsi və ətrafı onu “Mahirə” adı ilə tanıyıb. Qətlin baş verdiyi ilk günlərdə mediada bu qadının adı Mahirə kimi qeyd olunub. Onları öldürən və hadisədən sonra qaçan kürəkən Ağdama, öz ata-anasının yanına gedib, polisə də Ağdamda təslim olub. Günay İsgəndərova orta məktəbdə müəllimə işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu var.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.