XalqXəbər.Az

Mübariz İbrahimovu tənqid edən psixoloq məhkəməyə veriləcək

yüklənir...
Mübariz İbrahimovu tənqid edən psixoloq məhkəməyə veriləcək
17-12-2018, 13:12
yüklənir...

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən Nərmin Şahmarzadə məhkəməyə veriləcək.

Bunu açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin aparat rəhbəri Samir Adıgözəlli deyib.

O bildirib ki, hazırda hüquqşünaslarla məsləhətləşmələr aparılır:

“Çünki burada yalnız şərəf və ləyaqətin təhqir olunması deyil. Azərbaycan müharibə şəraitindədir və bu tipli açıqlamalar vətənpərvərlik ruhunu aşağı salır. Bu baxımdan, biz birlik göstərərək, bu qızın hüquq çərçivəsində cəzalandırılmasına çalışmalıyıq. Mən bu fikirləri ölkəmizə qarşı təxribat hesab edirəm”.

S. Adıgözəlli deyib ki, lazımi materiallar toplanandan sonra N.Ələkbərzadə məhkəməyə veriləcək:

“Bu, bizim konkret fikrimizdir. Artıq sübutlar toplanır”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.