XalqXəbər.Az

Müdafiə Sənayesi naziri postuna kimi gətirirlər? - İDDİA

yüklənir...
Müdafiə Sənayesi naziri postuna kimi gətirirlər? - İDDİA
11-12-2018, 09:47
yüklənir...

Azərbaycan Respublikası Müdafiə Sənayesi naziri Yavər Camalovun dünyasını dəyişməsindən sonra nazir olmaq ehtimalı olan bəzi şəxslərin adı KİV-də hallanıb.
Amma son sözün Prezident İlham Əliyevə aid olduğunu hələ də dərk etmək istəməyənlər Müdafiə Sənayesi naziri vəzifəsinə iddialı namizədlərin adlarını,görünür ki,məqsədli şəkildə gündəmə gətirir,öz arzularını reallıq kimi qələmə verməyə cəhd göstərirlər.

Faktinfo.az xəbər verir ki,gəzən şayiələrə görə, boş qalan nazir vəzifəsinə “SOCAR”da işləyən vitse-prezidentlərdən biri daha çox iddialıdır.Bu baş verəcəyi təqdirdə “SOCAR” prezidenti Rövnəq Abdullayevin mövqeyi bir az da möhkəmlənəcək.

Məlumat üçün xatırladaq ki,bir neçə nazir,həmçinin ”Azərsu”ASC prezidenti Qorxmaz Hüseynov,”Azəriqaz”ASC-nin sədri Əkbər Hacıyev və bir neçə rayonun icra başçısı “SOCAR” prezidentinə yaxın şəxslər hesab olunurlar.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.