yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinin rəhbərinin MÜƏMMA DOLU İNTİHARI - Artıq gərəkən qurumlar da işə diqqət yönəldir

16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinin rəhbərinin MÜƏMMA DOLU İNTİHARI - Artıq gərəkən qurumlar da işə diqqət yönəldir
1-12-2018, 17:24 316 dəfə baxılıb

Neçə müddətdir ki, 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinin rəhbəri olmuş Yusif Təvəkkül oğlu Nəsirovun keçən ilin fevral ayında müəmmalı şəkildə intihar etməsi istiqamətində araşdırma materiallarımızı təqdim etməkdədyik. Qeyd edək ki, artıq bu məsələ barədə müəyyən hüquqi gəlişmələr də var. Belə ki, DİA.AZ-ı bilgiləndirən hüquq-mühafizə orqanlarındakı mötəbər mənbənin iddialrına görə sözügedən intihar həddinə çatdırma faktı üzrə yenidən istintaq hərəkətlənməsi üçün zəmin hazırlanmaqdadır və məsələ dövlətin müvafiq qurumlarının diqqət mərkəzindədir.

İntihar həddinə çatdırılan mərhum Nəsirov Yusif Təvəkkül oğlu

Qeyd edək ki, bizim bu istiqamətdə apardığımız araşdırma materialları bu işdə maraqlı tərəf kimi çıxış edən “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin sədri Nazim Tahirovu haqlı olaraq narahat etməkdir. Və iş o həddə çatıb ki, Tahirov cənabları əsəblərini cilovlaya bilmədiyini gizlətməyərək bizi və daha bir neçə KİV-i bu gün onunla məhkəmə çəkişməsində olan digər bir ünvanla əlaqələndirməyə çalışır. Halbuki burada Nazim Tahirovun açıq şəkildə təqdim etdiyimiz faktları unutdurmağa çalışması, ortada olan şübhələi məqamlara deyil, məsələni mahiyyətindən yayınrımağa cəhdlər etməsi aşkar şəkildə hiss olunmaqdadır.

“Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbəri Nazim Mirzalı oğlu Tahirov

Məhz bu məqamı diqqətə çatdıran məlumatlı mənbə DİA.AZ-a bildirir ki, artıq sözügedən faktlar üzrə yenidən istintaq araşdırması aparılacaq. Mənbənin söylədikləri:

"Yaxın vaxtlarda belə bir qərar veriləcək. Çünki söhbət təkcə bir sahibkara qarşı işlədilən dələduzluq faktından, onun bu yolla intihar həddinə çatdırılmasından getmir. Burada tamam fərqli və yeni nüanslar da ortaya çıxıb. Məsələnin mahiyyətində daha ciddi səbəblər var və bu məsələ də gərəkən qurumlar tərəfindən ciddi şəkildə araşdırılır və sözsüz ki, əldə olunan nəticələrə dərhal hüquqi qiymət veriləcək".

Mənbənin qeyd etdiyi, amma açıqlamadığı məqamlarla bağlı redaksiyamızda da müəyyən bilgilər var. Daha dolğun materialları konkret sənəd və faktlarla yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Odur ki, bizi izləməyə davam edin.

Xatırladaq ki, keçən ilin fevral ayında 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinin rəhbəri olmuş Yusif Təvəkkül oğlu Nəsirov müəmmalı şəraitdə intihar edib. Bu işdə adı ittiham hədəfi kimi çəkilən “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin sədri Nazim Tahirov isə iddia olunanların əksinə olaraq bildirib ki, mərhumun ona borcu olub və bu borc qalmaqalı da mərhumun intiharında rol oynaya bilməzdi. Çünki intihar gününə qədərki son altı ay ərzində o Yusif Nəsirovla heç bir təmasda bulunmayıb və ona zəng belə etməyib.

Amma ortada olan faktlar tamam əskini söyləyir və bu faktlar üzrə çox ciddi ittihamları - baş vermiş intihar hadisəsinə yekun olaraq aydınlıq gətirəcək faktları yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

10-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ