yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Vəkil Sahib İbrahimovun həbsini tələb etdi

Vəkil Sahib İbrahimovun həbsini tələb etdi
28-11-2018, 11:37 138 dəfə baxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Sahib İbrahimovun məhkəməsi keçirilib.

Hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası davam etdirilib. Ötən iclasda S.İbrahimovun vəkili iştirak etmədiyi üçün təxirə salınmışdı.

Bugünkü iclasda zərərçəkimiş Etibar Allahverdiyev mülki iddia qaldıraraq maddi ziyana görə ona 162 min 400 dollar, mənəvi ziyana görə isə 50 min manat ödənilməsini tələb edib. Məhkəmə mülki iddianı icraata götürüb və hökmdə bununla bağlı qərar veriləcək.

E.Allahverdiyevin vəkili Xəqani İmanov vəsatət verərək ev dustaqlığında olan S.İbrahimovun həbs olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Cinayət işi məhkəmə baxışına verilib.

Proses dekabrın 5-də davam etdiriləcək.

S.İbrahimov 52 vətəndaşa “mənzil dələduzluğu” yolu ilə 3 milyon manat “atmaq”da, 1,5 milyon manat pulu vergidən yayındırmaqda, qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon manat gəlir əldə etməkdə təqsirləndirilir.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

10-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ