SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Fədayə Laçın məhkəmədə son söz deyəcək

Fədayə Laçın məhkəmədə son söz deyəcək

Tarix:

26-11-2018, 15:45

/ 1 385 dəfə oxundu.
Fədayə Laçın məhkəmədə son söz deyəcək

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar Əsgərovun vəkili Gülşən Salmanova çıxış edib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə düzgün ittiham verilmədiyini qeyd edib.

O deyib ki, A. Əsgərov Etibar Məmmədovu tanımayıb və onunla hər hansı əlaqəsi olmayıb.

Sonra Ceyhun Səmədov və Fuad Hacıyevin vəkilləri də çıxış edib və müvəkkillərinə həbslə əlaqədar olmayan cəza verilməsini istəyiblər.

Məhkəmədə müdafiə çıxışı mərhələsi başa çatıb.

F. Laçın və digərləri növbəti prosesdə son sözlə çıxış edəcəklər.

Məhkəmə iclası dekabrın 3-də davam etdiriləcək.

Şərhlər

XƏBƏR LENTİ