SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » ABEL MƏHƏRRƏMOVUN ŞƏRAB ÇƏLLƏKLƏRİNDƏ DAHA KİMLƏR BOĞULACAQ?

ABEL MƏHƏRRƏMOVUN ŞƏRAB ÇƏLLƏKLƏRİNDƏ DAHA KİMLƏR BOĞULACAQ?

Tarix:

16-11-2018, 15:20

/ 2 453 dəfə oxundu.
ABEL MƏHƏRRƏMOVUN ŞƏRAB ÇƏLLƏKLƏRİNDƏ DAHA KİMLƏR BOĞULACAQ?

Məlum olduğu kimi, Bakı Dövlət Unversitetinin (BDU) rektoru Abel Məhərrəmov işdən çıxarılması gündəmin ən aktual mövzusudur. Qeyd edək ki, “Musavat.com” akademik Abel Məhərrəmovun vəzifəsindən çıxarılmasının səbəbi ilə maraqlı məlumat yayıb: “Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. Verilən məlumata görə, məqsəd bu ölkədə dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək olub. Əvvəlcə, Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin – nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib. Qeyd edək ki, haqqında danışdığımız yük adi yol çemodanları yox, akademikA Məhərrəmovun və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər olub.

Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır.

Deyilənlərə görə, Azərbaycanın İspaniyadakı səfiri, hörmətli akademikin oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen adlı iş adamı arasında olan ixtilaflar ucbatından xoşagəlməz anlar yaşanıb. Abel Məhərrəmov Madridin “Eurostar Madrid” otelinin restoranında millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt dava-dalaş salıb. Musavat.com-un yazdığına görə, gətirdiyi şərablardan və cürbəcür ispan içkilərindən qəbul etdikdən sonra hörmətli akademik bəziləri ilə “haqq-hesab çürütmək” fikrinə düşüb. Hətta Abel müəllim o gecə qeyzlənərək lovğa-lovğa söyləyirmiş: “BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm.”

Təbiidir ki, bu yazılanlar doğrudursa, A.Məhərrəmov təkcə kreslosu ilə vidalaşmaqla yaxasını məsuliyyətdən qurtara bilməyəcək. Qaçaqmalla məşğul olduqlarına görə özü və oğlu qanun qarşısında cavab verməli olacaqlar.

Ata və oğulun yiyələndikləri bütün mövqelər laxlayacaq. Bu proses ola bilər ki, bir az vaxt aparsın. Çünki A.Məhərrəmov bircə sərəncamla elm və təhsil ictimaiyyətinin, ümumiyyətlə bütün cəmiyyətin gözündə cılızlaşdırsa da, əlində hətta ölkədəki sabitliyi pozacaq qədər kompromat məlumatlar var. Layiq olmadıqları halda BDU-nun diplomunu daşıyan şəxsləri də yaxşı tanıyır. Amma bu məsələdə məsuliyyət sorulası şəxslər əlbəttə ki, yalnız Məhərrəmovlar deyil.

Araşdırılmalıdır ki, noyabrın 3-də uğursuzluqla nəticələnən kontraband şərab reysi ümumiyyətlə, neçənci reys imiş. Bu baxımdan, “AZAL” prezidenti Cahangir Əsədov da dindirilməlidir. Bəyəm Heydər Əliyev Hava Limanı o qədər nəzarətsizdir ki, qanunsuz daşınan çəlləklər görünməz olsun? Sözsüz ki, gömrükçülərin də necə ovsunlanmasının səbəbi izah olunmalıdır. Bundan başqa, Məhərrəmovların saxta şərablarını istehlakçılara sırışdıran iaşə obyektlərinin də problemləri olacaq.

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ