yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Müharibə təkcə ordu ilə deyil, informasiya vasitələri ilə də aparılır - Əflatun Amaşov

Müharibə təkcə ordu ilə deyil, informasiya vasitələri ilə də aparılır - Əflatun Amaşov
6-03-2017, 11:44 216 dəfə baxılıb
yüklənir...

Bir sıra saytlar cəbhə xəttində baş verən olaylarla əlaqədar bəzi məqamlarda tələsgənliyə yol verirlər.

Bunu açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Əflatun Amaşov qeyd edib ki, informasiyanın düzgünlüyünü yoxlamadan ölkə ictimaiyyətinə çatdırırlar: “Bu cür yalan informasiyaları onlar öz qohumlarından eşidir və yaxud da düşmən ölkələrin saytlarından götürürlər. Hazırda Azərbaycan müharibə şəraitində yaşayır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Biz torpaqlarımızı sülh yolu ilə azad etmək istəyirik. Sülh yolu ilə olmasa da müharibə yolu ilə torpaqlarımız işğaldan azad olunacaq.

Mətbuat Şurasının sədri bildirib ki, müharibə təkcə ordu ilə deyil, informasiya vasitələri ilə də aparılır: "Əvvəlcə informasiya müharibəsi ilə müəyyən məsəllər həll edilir. Daha sonra toplar, mərmilər işə düşür. Ona görə də biz kifayyət qədər ehtiyyatlı olmalıyıq. Hər bir müharibə aparan ölkənin mətbuatı həssas olmalıdır. Düşmən tərəfinin apardığı təxribatlara uymamalıdır. Məncə bu məsələdə media son dərəcədə diqqətli olmalıdır. Əsasən internet medaisı üzərlərinə düşən missiyanı düzgün icra etməlidir. Bəziləri yalnış məlumat verirlər. Erməni mətbuatında gedən xəbərləri saytlarında yerləşdirirlər. Bütün bunlar yolverilməzdir. Əgər biz müharibə aparırıqsa, torpaqlarımızı azad etmək istəyiriksə, cəbhədə baş verənləri bir mənbədən, yəni Müdafiə Nazirliyindən öyrənməliyik. Hansısa məlumatı eşidəndə, Müdafiə Nazirliyi ilə dəqiqləşdirib, yalnız bundan sonra mətbuata ötürmək olar. Hər bir müharibə aparan ölkənin mətbuatı belə etməlidir. Dəfələrlə bununla bağlı KİV-ləri xəbərdar etmişik. Qanunlarda bu cür xəbərlər dövlət sirri hesab edilir. Ona görə də sərt cəza tədbiq edilir. Mətbuat Şurası mütəmadı bu cür informasiya vasitələrinə xəbərdarlıq edir. Hüquq mühavizə orqanları bu cür saytlar haqqında lazımı tədbirlər görürlər”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ