SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xalqa benzin “terroru”: Bakıda hansı “zapravka”lar sürücüləri aldadır? - Siyahı

Xalqa benzin “terroru”: Bakıda hansı “zapravka”lar sürücüləri aldadır? - Siyahı

Tarix:

14-10-2018, 23:22

/ 3 019 dəfə oxundu.
Xalqa benzin “terroru”: Bakıda hansı “zapravka”lar sürücüləri aldadır? - Siyahı

YDM-lərdə benzin və dizel yanacağı vurularkən azı 10% kəsilir

30 litr benzin əvəzinə maşının yanacaq deposuna 27 litr yanacaq vurulur.

Hətta mətbuatda, sosial şəbəkələrdə tez-tez sürücülərin belə şikayətləri dərc olunur ki, maşına tam depo benzin vurularkən aparatda deponun ümumi tutumundan 10 litr çox benzin vurulduğu göstərilir.

Misal üçün, 65 litr tutumu olan depoya 70-75 litr benzin “vurulur”. Halbuki, hələ yanacaq deposunda da 5-10 litr benzin qalmış olur.

Xəbər verilir ki, vətəndaşların tez-tez aldadılması daha çox “Lukoil”, “Socar”, “Tosoil”, “Günəş petrol”, “Qızlar zapravkası” deyilən məntəqələrdə yaşanır.

Bundan başqa, benzin də keyfiyyətsizdir, maşın ideal vəziyyətdə olsa da, motor boğulur. Belə çıxır ki, biz A92 benzini 90 qəpiyə yox, faktiki olaraq 1 manata alırıq.

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı isə deyir ki, son vaxtlar yanacaqdoldurma məntəqələrində yoxlamaların dayandırılması yanacaq oğurluğunun artmasına gətirib çıxarıb: “Yanacaq oğurluğu əvvəlki illərə nisbətən azalmaq əvəzinə daha da genişlənir. Avtomobilin yanacaq deposunda 5-6 litr yanacaq olduğu halda YDM-ə məntəqəsinə daxil olduqda nəzarətçi çənin tutumundan 5-10 litr artıq yanacaq vurduğunu deyir.

Ekspert yanacağın keyfiyyətinin də xeyli aşağı olduğunu deyir: “Heç istifadə etmədən maşını bir həftə həyətdə saxlayın, baxacaqsınız ki, yanacaq xeyli azalıb. Keyfiyyətsiz yanacağın satılması isə avtomobilləri sıradan çıxardaraq, avtomobil sahiblərini ikiqat ziyana salır”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, AİB-ə belə müraciətlər tez-tez daxil olur: “Sürücülər tərəfindən bizə əsasən, yanacağın kəsilməsi, yanacağı qablara vurmaqdan imtina edilməsi və nağdsız ödənişlərin qəbul edilməməsi ilə bağlı müraciətlər olur”.

Yanacağın az vurulması ilə bağlı sürücülərin çoxu eyni fikirdədir. YDM-lər isə bunu etiraf etmirlər, lakin belə hallarda müştərinin bunu sübut etmə imkanları yoxdur. Bu problem getdikcə kəskinləşir, təcili qarşısı alınmalıdır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov da iki il əvvəl bildirmişdi ki, bəzi yanacaqdoldurma məntəqələri bizim möhürləri qırır. Dövlət qurumunun möhürünü qırmaq olmaz, buna görə, cinayət məsuliyyəti nəzərdə tutulub. Bizim monitorinqlərimiz göstərir ki, bir çox yanacaqdoldurma məntəqələri istehlakçıların, sürücülərin avtomobillərinin çəninə nəzərdə tutulandan xeyli az yanacaq vurur.

Bundan əlavə, yanacaq satan şirkətlərin digər yollara əl atdığı da deyilir. Sürücülərin sözlərinə görə, xüsusilə son aylar benzinin tərkibindəki oktanın faizini qəsdən aşağı salıblar ki, alınan yanacaq daha tez sərf olunsun. Nəticədə aldıqları yanacağa görə nəzərdə tutulan məsafəni qət edə bilməyən maşın sahibləri tez-tez yanacaqdoldurma məntəqələrinə yan almalı olurlar.

Yəni zavoddan keyfiyyətli benzini alırlar, daha sonra öz bildikləri kimi əlavələr etməyə başlayırlar. Hər YDM-nın öz qanunları var, özləri müəyyənləşdirirlər ki, yanacağa nə qədər qaz qatılmalıdır, başqa qatqı nə qədər qatılmalıdır və yaxud da 10 litrin neçə litri kəsiləcək. Belə haram yolla sürücülərin cibini soyurlar, buna ciddi dövlət nəzarəti olmalıdır.

Təsəvvür edin ki, mənim hər ay 20 manatımı YDM-lar oğurlayır. Bu kifayət qədər böyük məbləğdir. Ölkədə sürücü tək mən deyiləm, Azərbaycanda 1 milyon 300 min avtomobil var.

Bu avtomobillərin problemli olanların, qarajda qalanlarını çıxsaq, 1 milyona yaxın avtomobil istismar olunur. Ay ərzində hər sürücüdən 20 manat pul 20 milyon manat edir, bu isə açıq-aşkar qarət deməkdir.

Dəfələrlə sürücülər buna etiraz edib, sübut edirlər ki, YDM-ə gələndə avtomobilin çənində ən azı 5 litr yanacaq göstərirdi, avtomobilin benzin çəni də 60 litr tutur. Çəni tam doldurur və 70 litr benzin vurulduğu bildirilir. Axı bu necə ola bilər?.. 60 litrlik yanacaq çəninə necə ola bilər ki, 70 litr yanacaq doldurulsun?

Tutaq ki, bunu “Mercedes” markalı avtomobil istehsal edən zavoda desən, bəlkə də “Mercedes”i buraxan adamın ürəyi partlayıb ölər, bax belə dəhşətli vəziyyətdir. YDM-də operator adamın üzünə dirənir ki, “sənin maşınına 70 litr vurmuşam”. Açıq-aşkar soyğun gedir, sürücülər buna öyrəşib. Kimin savadı, zamanı varsa mübahisə edir.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ