SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vətəndaşlar 11 min manat birdəfəlik ödəmənin verilməsini tələb edir VİDEO

Vətəndaşlar 11 min manat birdəfəlik ödəmənin verilməsini tələb edir VİDEO

Tarix:

13-10-2018, 10:12

/ 2 061 dəfə oxundu.
Vətəndaşlar 11 min manat birdəfəlik ödəmənin verilməsini tələb edir VİDEO

Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında toplaşaraq 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsini tələb ediblər.
Şəhid ailələrinin sözlərinə görə, birdəfəlik ödəməni Mülki Məcəlləyə uyğun olaraq müəyyən edilən vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verməlidir. Bu qurumdan şəhid ailələrinə birdəfəlik ödəmənin verildiyi bildirilir. Şikayətçilər isə ödənişin olmadığını və bunu təsdiq edən sənədin onlara təqdim olunmadığını bildiriblər.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bizimyol.info-ya bildirilib ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ailəsinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısı nazirliyə təqdim olunub: “İnformasiya sistemindəki məlumatlar o siyahı əsasında formalaşıb. Bu məsələni adını çəkdiyim qurumla araşdıra bilərlər. Həmçinin nazirliyə rəsmi şəkildə müraciət olunarsa biz də araşdıra bilərik”.

Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimovun məsələ ilə bağlı hazırladığı reportajı təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ