yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

3 rayona başçı təyinatı gözlənilir - Hazırda başçı olanlar da hərəkətdədir

3 rayona başçı təyinatı gözlənilir - Hazırda başçı olanlar da hərəkətdədir
9-10-2018, 13:09 544 dəfə baxılıb

Hazırda Azərbaycanda bir neçə rayonun icra başçısı vəzifəsi boşdur.Bunu xatırladan məlumatlı mənbəyə görə, bu həftə ərzində həmin postlara təyinat baş verə bilər.

Xatırladaq ki, sonuncu dəfə oktyabrın 5-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hələlik onun yerinə təynat yoxdur.

İcra başçısı olmayan şəhərlərdən biri Mingəçevirdir. Ölkə başçısının avqustun 28-də imzaladığı sərəncama əsasən, Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Prezidentin digər sərəncamı ilə N.Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bundan başqa Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi hələ də boşdur. Belə ki, iyulun 16-da dövlət başçısının sərəncamına əsasən, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin edilib. O, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir. E. Əzizov buna qədər Bakının Səbail rayonunun İH başçısı vəzifəsində çalışıb.

Danışan mənbə iddia edir ki, hazırda hər üç vəzifəyə təyinat məsələsi müzakirə olunur və iddialılar sırası genişdir. Mənbə bu məqamda maraqlı bir açıqlama ilə də diqqətə gəlib.

Mənbənin söylədikləri: "Hazırda iş başında olan icra başçılarından bəziləri artıq "vaxtlarının yetişdiyini" bildiklərindən boş qalan başçı postları uğrunda qollarını çırmayıblar. Bu gün əsas rəqabət də onların arasındadır və ola bilsin ki, gözlənilən təyinatlarda heç də bütün təyin olunanlar yeni sima olmasın".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ