yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Çaxır buraxır, 65 min maaş alır... deputat faş elədi və Rüfət Aslanlı erası bitdi - Pərdəarxası

Çaxır buraxır, 65 min maaş alır... deputat faş elədi və Rüfət Aslanlı erası bitdi - Pərdəarxası
8-10-2018, 18:43 349 dəfə baxılıb

Rüfət Aslanlı üçün sonun başlanğıcı göründü. İctimaiyyətə reformist kimi təqdim olunan və maliyyə bazarlarında islahat aparmaq əvəzinə öz adına çaxır buraxan, 65 min maant maaş alması ilə gündəmdə qalan məmurun fəaliyyətinə prezident lazımi qiymət verdi.

Deputat Vahid Əhmədov da iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib.

Bu isə o deməkdir ki, R.Aslanlı erası bitdi. Deputat qeyd edib ki, bu yaxınlarda cənab prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası ləğv edilib.

“Vaxtında biz bu Palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar bizim əleyhimizə çıxış etdilər. Ancaq biz haqlı idik. Bu Palata iki ildir ki, fəaliyyət göstərir. Ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi.

Bu da İbrahim Alışovla bağlıdır. Elə vaxt olur ki, həftədə iki -üç dəfə İbrahim müəllimlə danışıram. Yeni rəhbərliklə müəyyən məsələləri müzakirə edə bilərik. Rəhbərlikdə normal insan olanda danışmaq olur.

Yoxsa gedib o birisi çaxır buraxır, üstünə adını yazdırır, 65 min manat maaşı alır. Bu harda görülüb? Normal adam olsaydı, normal işləyərdi”.

Bundan əvvəlki Nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı, Direktorlar Şurasına həvalə edilmişdi. Beləliklə, Direktorlar Şurasının ləğvi ilə sədr Rüfət Aslanlı, müavini Nigar Məmmədova və Şuranın üzvləri vəzifələrini itirdilər.

Palata ölkə iqtisadiyyatı üçün ən çətin günlərdə – milli valyutanın genişmiqyaslı devalvasiyasından və bütovlükdə ölkə iqtisadiyyatının dağılmağa başlamasından sonra yaradılmışdı. Ölkənin siyasi rəhbərliyi yeni struktura böyük ümidlər bəsləyirdi və buna görə ona geniş səlahiyyətlər vermişdi.

Onda çoxları yeni yaradılan təşkilata şübhə ilə yanaşırdılar ki, maliyyə sarıdan o qədər də inkişaf etməmiş kiçik ölkədə belə təşkilat nəyə lazımdır.

Amma maliyyə bazarında vəziyyət elə qorxunc xarakter aldı ki, bu mövzuda aparılan bütün müzakirələrin mənasız olduğu üzə çıxdı. Yalnız gözləmək qalırdı.

Virtualaz.org yazıb ki, ölkə KİV-ində Palatanın işindəki çatışmazlıqlar haqqında o qədər çox yazılırdı ki, onları böyük kitaba yığmaq mümkün olardı.

Bu məsələdə biz də kənarda qalmamışdıq. Amma Rüfət Aslanlı, eləcə də onun məsləhətçisi və adaşı Rüfət Abbasov konstruktiv iş əvəzinə bizi dəfələrlə pis vəziyyətdə qoymağa çalışırdılar.

R.Aslanlı öz birbaşa vəzifələrini unudub aparatdaxili oyunlarla və intriqalarla məşğul idi. Son nəticədə Aslanlının özünün ünvanına elə ittihamlar səsləndirilirdi ki, başqa dövlət məmurlarını çoxdan istefa verməyə məcbur edərdi.

Cahan.info xatırladr ki, fransız mətbuatı yerli məhsul olan Maison şərabının butulkasının fotosunu paylaşmışdı. “Grand Vin de Bordeux” şirkəti tərəfindən istehsal edilən həmin şərab şüşəsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının şərəfinə buraxıldığı yazılırdı.

Adıçəkilən şərab şüşəsinin etiketində “Maison d'Aslanli” yazısı qeyd olunmuşdu. Bundan başqa etiketdə azərbaycanlı məmurun imzasını da görmək mümkün idi. Demə, Rüfət Aslanlı nadir və kolleksiya şərablarının həvəskarı imiş.

Aslanlı özü üçün gerb də fikirləşmişdi. Bunda kriminal heç nə yoxdur. Amma jurnalistlər həmin gerbin gizli mənasını açıqlamışdılar. Belə ki, oradaki aslan Rüfət Aslanlının soyadını əksi kimi izah edilmişdi. Pilləkənlər isə gənc məmurun “karyera nərdivanları” kimi şərh olunurdu.
Və belə piar üçün tamamilə uğursuz vaxt seçilmişdi – xalq maliyyə bazarının tənzimləyicisinin başçısından vəziyyətin yaxşılaşdırılmasını gözləyir, o isə burada şərabların nəfis növləri ilə…

Ümumiyyətlə, ölkənin maliyyə bazarına nəzarət edən Rüfət Aslanlı gündəmə daha çox öz təmtəraqlı həyatı ilə çıxmağa başladı. Hətta o öz ad gününü Türkiyənin, əsasən zəngin sahibkarların yığıldıqları ən bahalı restoranlarından birində qeyd etdi.

Çoxları etiraz edə bilərlər ki, ayda özünə maaş kimi 65 min manat yazan məmur belə şeyə gedə bilərdi. Bəli, gedə bilərdi, amma əgər özünü qalan digər cah-calaldan, hansına ki, yalnız 65 min manat yox, hətta bir neçə dəfə böyük məbləğin də çatmayacağı işlərdən kənar tutsaydı.

Cahan.info media istinadla onu da yazır ki, R.Aslanlının nüfuzdan düşməsinə səbəb hakimiyyətin bəzi yüksək dairələrinin maraqları təmsil olunan bank sektorunda güzəştsiz mövqe nümayiş etdirməsi olub. Onun problemli banklara dəstək verilməsinin qatı əleyhidarı olduğu, yalnız öz gücünə ayaqda qala bilən bankların fəaliyyətini davam etdirməsini məqbul saydığı deyilir. Bu isə dövlətdən dəstək almaq istəyən bəzi banklar və onların arxasında dayanan qüvvələri narahat etməyə bilməzdi.

Maraqlıdır ki, bəzi mənbələr tamam fərqli düşünürlər. Onların fikrincə, bank sektorunun ağır vəziyyətində MBNP-yə rəhbər gətirilən R.Aslanlıya yüksək etimad göstərilib, istədiyi çoxsaylı səlahiyyətlər verilib. Lakin o, bu səlahiyyətlərdən öz mövqelərini möhkəmlətmək üçün daha çox yararlanıb, nəinki bank sektorunu böhrandan çıxarmaq üçün.

İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, MBNP Azərbaycan maliyyə sisteminin çox ağır durumda olduğu bir vaxtda yaradılıb: “2015-ci ildə ölkədə iki dəfə devalvasiya baş vermişdi, banklar çox ağır duruma düşmüşdü. Bəzi bankların lisenziyası alınmışdı, bir çox digər banklar çətin şərtlər altında fəaliyyət göstərirdilər.

Belə bir dövrdə yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasının üzərinə böyük məsuliyyət qoyulmuşdu: maliyyə-bank sektorunu qısa müddətdə sağlamlaşdırmalı, problemli bankları qısa müddətə sektordan uzaqlaşdırmalıydı. Beləliklə, Palata yaradıldıqdan sonra xeyli bank bazarı tərk etdi, sayı 45-dən 30-dək azaldı. Yalnız iki bank birləşdi. Hələ də bir sıra banklar ”reanimasiyadadır", onların problemi həllini gözləyir.

Palata Azərbaycanda ilk publik hüquqi şəxs, korporativ idarəetmə standartlarına uyğun ilk dövlət qurumudur. Onun ali nəzarət orqanı olan Müşahidə Şurası və idarəedici orqanı olaraq İdarə Heyəti yaradıldı. Gözləmək olardı ki, qarşılıqlı nəzarət mexanizmi işləyəcək.

Lakin təəssüflər olsun ki, sonradan nizamnaməyə müəyyən dəyişikliklər edilərək İdarə Heyətinin səlahiyyətləri daha da artırıldı, onunla Müşahidə Şurası arasında ikihakimiyyətlilik yarandı. Nizamnaməyə Müşahidə Şurasının səlahiyyətində olan bəzi məsələlərlə bağlı qərar verilərkən İdarə Heyətinin razılığının tələb olunması kimi müddəa daxil edildi. Son aylarda ümumiyyətlə, Müşahidə Şurasının fəaliyyəti görünmürdü, bütün idarəetmə İdarə Heyətində cəmləşmişdi".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ