yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Qatarla toqquşan avtobusun sürücüsü ilə bağlı şok məlumat - Fotofakt

Qatarla toqquşan avtobusun sürücüsü ilə bağlı şok məlumat - Fotofakt
4-10-2018, 13:24 287 dəfə baxılıb

Oktyabrın 1-də Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı marşrutla hərəkət edən 10 TG 106 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 1 məktəbli öldü, 34 nəfər isə xəsarətlər aldı. Xəsarət alanlardan 6-nın vəziyyəti ağır olaraq qalır
Hadisə baş verdikdən sonra aparılan araşdırmalarda avtobusun sürücüsü, 1986-cı il təvəllüdlü Şıxəliyev Əlixan Əlibaba oğlunun narkoman və keçmiş məhkum olması üzə çıxdı.

Qəza törədən avtobusun sürücü ilə bağlı redaksiyamıza daha bir ilginc məlumat daxil olub. Belə ki, oktyabrın 1-də 160 saylı marşrutla hərəkət edən 10 TG 106 nömrə nişanlı avtobusa yol vərəqəsi tamamilə başqa bir şəxsin adına yazılıbmış. Yol vərəqəsinə baxdıqda məlum olur ki, həmin gün bu avtobusu idarə etmək üçün yol vərəqəsi Mahmudov Elşən Spartak oğlunun adına yazılıb. Həmçinin, həmin gün tibbi müayinə arayışı da Elşən Mahmudovun adına yazılıb. Avtobusu isə qeyri-qanuni şəkildə, yol vərəqəsi olmadan Əlixan Şıxəliyev idarə edib və məlum dəhşətli qəzanı törədib.
Qeyd edək ki, avtobuslarla bağlı reydlər keçirilən zaman əvvəllər də bu kimi hallar dəfələrlə aşkarlanıb. Yəni yol vərəqəsi bir adamın adına yazılır, ancaq avtobusu sürücülük hüquqi belə olmayan şəxslər idarə edirlər. Bu özbaşınalığın daha bir acısını da insanlarımız oktyabrın 1-də yaşadı. Yəqin bu məlumat hüquq mühafizə orqanlarında da var. İnanırıq ki, insan ölümü ilə nəticələnən bu cür qanunsuzluğa yol vermiş şəxslər müvafiq şəkildə cəzalandırılacaqlar.

musavat.com
Qatarla toqquşan avtobusun sürücüsü ilə bağlı şok məlumat - Fotofakt
Qatarla toqquşan avtobusun sürücüsü ilə bağlı şok məlumat - Fotofakt
Qatarla toqquşan avtobusun sürücüsü ilə bağlı şok məlumat - Fotofakt


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ