SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azərsu" 5 aydır ki, Xızı rayonunda işlətdiyi fəhlələrin maaşlarını vermir

"Azərsu" 5 aydır ki, Xızı rayonunda işlətdiyi fəhlələrin maaşlarını vermir

Tarix:

3-10-2018, 15:37

/ 1 190 dəfə oxundu.
"Azərsu" 5 aydır ki, Xızı rayonunda işlətdiyi fəhlələrin maaşlarını vermir

Bu barədə bir neçə fəhlə 7GUN.az-a danışıb:" "Azərsu" Açıq Səhmdar Cəmiyyəti 5 aydı bizim pulumuzu vermir. Hər dəfə müxtəlif bəhanələr uydururlar. Ailələrimiz bizdən pul gözləyir. Artıq ailələrimizin telefon zənglərinə cavab verə bilmirik.

Bu özbaşınalıq və haqsızlıq nə vaxta qədər davam edəcək?

Belə biabırçılıq olar?

Vəzifəli şəxslər ölkədəki inkişafdan danışır. İnkişaf etmiş ölkədə fəhlənin maaşını kəsərlər?

Xeyli müddətdir ailələrimiz necə yaşayır, nə yeyib-içirsə bizim xəbərimiz yoxdur. Gərək gedək Prezident Administrasiyasının qarşısında özümüzü yandıraq? Biz pulumuzu israrla tələb edəndə bizi təhdid edirlər".

Deyilənlərə münasibət öyrənməyə çalışdıq. "5 ay yox, hardasa iki aydı fəhlələrin maaşları verilmir. Mən dəqiq deyə bilmərəm bu problem nə vaxt düzələcək"-deyə özünü iş icraçısı kimi təqdim edən Güləli Mirəliyev telefonu söndürdü.

Bu baş verənlərə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən ümumiyyətlə münasibət öyrənə bilmədik.

Mövzunu davam etdirəcəyik.

7GUN.az

Şərhlər

XƏBƏR LENTİ