yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Gəncədə yığılan pullar kimdədir? - Elmar Vəliyevin adamları axtarılır

Gəncədə yığılan pullar kimdədir? - Elmar Vəliyevin adamları axtarılır
25-09-2018, 09:42 550 dəfə baxılıb

Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayev və onun “sağ əli” Ramin Osmanov barədə şikayətlər səngimir

Şikayətçilər Missiya.Az-a bildiriblər ki, Ramin Osmanov sabiq rəis Məharət Mustafayevin tapşırığı ilə onlardan aldadıb: “Ramin adlı şəxs bizim külli miqdarda pulumuzu mənimsəyib. Torpaqlar bir neçə nəfərin adına sənədləşdirilib. Həmçinin bizdən torpaqlarımıza sənət verilməsi üçün pul yığılıb. Amma bu günə qədər nə sənət verilməyib, nədə ki, verdiyimiz pullar geri qaytarılmayıb”.

Sakinlərin iddiasına görə, Mustafayevin qanunsuz torpaq alverinin bir çoxunda Ramin adlı əməkdaşı yaxından iştirak edib. “Ramin onun ən yaxın işçilərindən hesab olunurdu və daha çox pul gətirdiyindən xüsusi hörmətə malik idi. Araşdırma aparılarsa, Raminin özünün nə qədər qanundan kənar addımlar atdığı müəyyən olunar. Bu adamlar satdıqları torpaqlara görə lazımi sənədləri də verməyiblər. Verəndə də məlum olub ki, ciddi texniki xətalar var və ya bir sənəd bir neçə nəfərə verilib. Elə sərəncamlar var idi ki, nömrələri də üst-üstə düşürdü. Sonra Məharət Mustafayev hansı yollarlasa həmin sənədləri dəyişirdi. Verdikləri sərəncamlarda isə Elmar Vəliyevin deyil, Gəncə şəhər Nizami və Kəpəz rayonları icra başçılarının imzası dayanır. Əsasən isə Nizami rayonundan verilmiş sənədlərdir”.

Məsələ ilə bağlı Ramin Osmanovla əlaqə saxladıq. Osmanov əvvəlcə Məharət Mustafayevlə birlikdə işləmədiyini desə də, sonradan bu yaxınlarda Gəncə şəhər İcra Hakimiyyətindən qovulduğunu bildirib. Şikayətçilərin iddiası ilə bağlı danışan Ramin Osmanov deyib ki, vəzifədə olduğu zaman heç kimdən pul almayıb: “Sakinlər hansı əsasla iddia irəli sürürlər bilmirəm. Mən heç kimdən nə pul almışam, nə də pul vermişəm. Mən kiməm ki, pul alım? Ümumiyyətlə sakinlərindən kimlərə torpaq satılıb, hamısına sənət verilib”.

Ramin Osmanov Məharət Mustafayevlə 3 aydır əlaqəsinin olmadığını deyib: “Mən Məharət müəllimlə 3 aydır danışmıram. Üç nömrəsi var. Nömrələrinə zəng çatmır. Bunu bilirəm ki, Azərbaycandadır”.

Qeyd edək ki, şikayətçilər Məharət Mustafayev və adamlarının qanunsuz əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşırlar.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ