yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Yağ oğrusunu "cəzalandıranlar" "Səbət" marketlər şəbəkəsinin işçiləri imiş- DETALLAR

Yağ oğrusunu
21-09-2018, 09:33 224 dəfə baxılıb

Bakıda marketdən oğurluq edən şəxsi xuliqanlıq zəminində döyən obyektin icraçı direktoru və satıcılarının saxlanılması ilə bağlı AFN-ə bəzi detallar məlum olub. Mətləbə keçməzdən öncə xatırladaq ki, bir neçə gün əvvəl Xətai rayonu General Şıxlinski küçəsi 2 saylı ünvanda yeləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviç həmin mağazanın işçiləri tərəfindən saxlanılıb. Mağaza rəhbərliyi və satıcılar oğurluq hadisəsi barədə polisə məlumat verməyərək həmin şəxsin bədəninin müxtəlif yerlərinə qəsdən təpik və yumruqla vuraraq xuliqanlıq ediblər. İctimai asayişi pozaraq xuliqanlıq etməkdə şübhəli bilinən mağazanın icraçı direktoru Anar İsayev, satıcılar Tahir Rəşidov və Elşən Məmmədov saxlanılıblar.

AFN-ə məsələ ilə bağlı ətraflı məlumat verən mənbənin sözlərinə görə, hadisə "Səbət" marketlər şəbəkəsinin adıçəkilən ünvandakı mağazasında baş verib: "Videoda bir xanım da var, o da istintaqa yalan məlumat verdiyi üçün saxlanılıb, lakin sonradan sərbəst buraxılıb. Polis tərəfindən saxlanan mağaza işçiləri şəbəkənin rəhbərliyinə zəng edərək gəlməsini xahiş etsələr də, rəhbərlik hadisəyə heç bir reaksiya verməyib. Nəticədə polis hər üç şəxs barəsində qətimkan tədbiri seçib. Mağazadan yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviçə gəldikdə, o, narkotik və alkoqol asılılığı olan adamdır. Marketdən oğurladığı yağı aparıb yaşadığı məhlədə mağazaya dəyər-dəyməzinə satıb özünə içki alırmış. Bu hadisə baş verəndə də marketin onu saxlayan işçisinə söyüş söyüb, ona görə işçi fiziki güc tətbiq edib. Videodan da göründüyü kimi, onu bir nəfər döyür, o birilər yox".

"Səbət" marketlər şəbəkəsi rəhbərliyinin mövqeyini verməyə hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ