SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Şahid deputat oğlunun şərikinin böyük yalanını üzə çıxardı – MƏHKƏMƏ

Şahid deputat oğlunun şərikinin böyük yalanını üzə çıxardı – MƏHKƏMƏ

Tarix:

19-09-2018, 10:03

/ 1 732 dəfə oxundu.
Şahid deputat oğlunun şərikinin böyük yalanını üzə çıxardı – MƏHKƏMƏ

Cinayət dosyesinə şahidin adından saxta ifadə yazılıbmış

Sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova və onun oğlu Həbib Axundovun adı hallanan cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. AzEuroNews.com xəbər verir ki, iş üzrə ötən prosesdə dələduzluqda təqsirləndirilən Elnur İbrahimov müdafiə tərəfinin suallarını cavablandırıb. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Elnur İbrahimovun qohumu Fərhad Həmidov şahid qismində ifadə verib.

Deyib ki, o, Elnur İbrahimovun sürücüsü olub, onun tapşırıqlarını yerinə yetirib, ayda 500 manat məvacib alıb. Fərhad Həmidov Elnur İbrahimovun katriç işi ilə məşğul olduğunu söyləyib. Bildirib ki, Elnur İbrahimovun göstərişi ilə “Favorit” marketə pul aparıb, pul gətirib. O, zərərçəkənlərdən Fərman Məmmədova da pul aparıb verdiyini bildirib. Vəkillərin suallarına cavab olaraq deyib ki, “Favorit” marketdə pulu kimə verdiyini xatırlamır.
Deputatın oğlu Həbib Axundov isə sürücünün xatırlamadığını onun yadına salıb. Deyib ki, Fərhad Həmidov pulu “Favorit” marketdə işləyən onun dostu Orxan Xanbalayevə təhvil verib. Sonradan da Elnur İbrahimovun tapşırığı əsasında gedib “Favorit” marketdən, oranın işçisi Orxan Xanbalayevdən pul alıb gətirib Elnur İbrahimova verib.

Hakim bildirib ki, şahid Fərhad Həmidova suallar növbəti prosesdə, yəni bu gün keçiriləcək prosesdə verilə bilər.

Bundan sonra hakim şahid Xalid Qasımovu dindirmək üçün zala dəvət edib. Ofis ləvazımatların alqı-satqısı ilə məşğul olan şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib. Lakin məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında kəskin ziddiyyətlər üzə çıxıb.
Şahidin sözlərinə görə Elnur İbrahimov ilk vaxtlar ondan mal alıb, ona mal satıb. Beləcə Elnur İbrahimovla münasibətləri yaranıb. Günlərin birində isə Elnur İbrahimov ondan işi böyütmək adı ilə pul istəyib, o da ona pul verib. Onun sözlərinə Elnur İbrahimov tez-tez onun ofisinə gedib-gəlib. Həbib Axundov isə onun ofisinə cəmi bir dəfə gəlib. Həbib Axundov onun ofisinə gələndə ondan Elnur İbrahimovla hansı şərtlərlə işlədiyini soruşub. O da Həbib Axundova konkret cavab verməyib. Deyib ki, Həbib Axundov Elnur İbrahimovla hansı şərtlərlə işləyirsə, həmin şərtlərlə də o işləyir.
Həbib Axundov isə məhkəmədə Xalid Qasımovun ofisinə getdiyini təsdiqləyib: “Mən Xalidin ofisinə gedib, Elnurun ona 400 min manatlıq mal verib-vermədiyini soruşdum. Xalid də bunu təsdiqlədi”.

Elnur İbrahimov da Həbib Axundovun sözlərini təsdiq edib, deyib ki, Xalid Qasımov onun xahişi əsasında Həbib Axundova belə deyib.

İttiham aktına görə Həbib Axundov Xalid Qasımovun ofisinə gələrkən ondan Elnur İbrahimovun 400 min manatlıq malı – yəni katric və ofis ləvazımatının anbarında olub-olmamasını xəbər alıb. O da təsdiq cavabı verib, deyib ki, Elnurun onda 400 min manatlıq malı var. Xalid Qasımovun ittiham aktında yer alan ifadəsinə görə əslində Elnur İbrahimovun onda, onun ofisinin anbarında 400 min manatlıq malı olmayıb. O, sadəcə olaraq Elnur İbrahimovun xahişini yerinə yetirərək Həbib Axundova belə deyib.
Məhkəmədə Xalid Qasımov bildirib ki, ibtidai istintaqda belə bir söz deməyib, onunla Həbib Axundov, Elnur İbrahimov arasında ümumiyyətlə 400 min manatlıq söhbət olmayıb. Şahid ibtidai istintaqdakı ifadəsinə demədiyi sözlərin əlavə edildiyini dönə-dönə hakimin diqqətinə çatdırıb. Söyləyib ki, məhkəmədə verdiyi ifadəsini təsdiqləyir.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ