yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Otaqda olanda şəklimizi “Malış” çəkdi” - Fədayə Laçın

“Otaqda olanda şəklimizi “Malış” çəkdi” - Fədayə Laçın
17-09-2018, 13:29 469 dəfə baxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Əli Ağami və digər şəxslərin məhkəməsi keçirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə şahidlər dindirilib.

Lənkəran Şəhər Polis Şöbəsinin rəis müavini Səadət Tağıyev deyib ki, müğənni Fədayə Laçın “Qoca” ilə görüşmək üçün onların inzibati idarəsinə gəlib: “Mən Fədayə xanımı Müvəqqəti Saxlanma Yerinin rəisi Əlişir Fərəcovun otağına apardım. Qadın olduğu üçün üstünü yoxlamadıq”.

Fədayə Laçın bildirib ki, “Qoca” ilə Əlişir Fərəcovun otağında görüşüb: “Otaqda olanda şəklimizi “Malış” çəkdi”.
S.Tağıyeva bu hadisədən sonra işdən çıxarılıb.

Müdafiə tərəfi vəsatət verərək hadisə zamanı Lənkəran, Masallı və Astara rayonun polis rəsiləri olmuş şəxslərin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyiblər. Hakim vəsatəti baxılmamış saxlayıb.

Proses sentyabrın 19-da davam etdiriləcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ