yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Nazirlə komitə sədrinin müəmmalı susqunluğu... – ARAŞDIRMA

Nazirlə komitə sədrinin müəmmalı susqunluğu... – ARAŞDIRMA
17-01-2017, 20:53 394 dəfə baxılıb
yüklənir...

Palma yağı insan sağlamlığı üçün təhlükəlidir və xüsusilə xərçəng riskini artırır

Bunu türkiyəli məşhur tibb mütəxəssisi, professor Canan Karatay deyib.

Məlumata görə, palma yağının trans yağlardan (marqarinlərdən) olduğunu və bu səbəbdən sağlamlıq üçün təhlükə təşkil etdiyini deyən alim, "marqarinlərin ən təhlükəli yağlar olduğu məlumdur və onlar xərçəng riskini artırırlar, bunu palma yağına da aid etmək olar” deyə əlavə edib.

Xatırladaq ki, bundan bir qədər əvvəl palma yağı ilə bağlı aparılan araşdırma nəticəsində 2016-ci ildə Avropa Ərzaq Standartları Agentliyi (EFA), 200 dərəcədən yüksək tempraturda qızdırılan palma yağının digər bitki mənşəli yağlardan daha təhlükəli olduğunu açıqlayıb.

Dünya Səhiyyə Təşkilatı daxil bir çox səhiyyə təşkilatları riskə diqqət çəkmiş, lakin ərzaqlarda işlədilməsinə bir məhdudiyyət tətbiq edilməyib. Hazırlanan məruzədən sonra İtaliyada ictimai təzyiq artıb və "Coop" supermarketlər şəbəkəsi və unlu məmulatlar istehsalçısı "Barilla" məhsullarından palma yağını çıxarıb.

Məhsulun istehsalçısı "Ferrero” şirkəti isə dadının dəyişəcəyi səbəbi ilə "Nutella” adlı şokolad-fındıq yağı məhsulunda palma yağını istifadə etməyə davam edir, üstəlik, İtaliyadakı satışlarının son 12 ayda 3 faiz aşağı düşməsindən sonra palma yağını müdafiə edən reklam kampaniyaları aparır.

Ən ilginc məqam isə odur ki, Azərbaycana da hər il xeyli miqdarda palma yağı idxal olunur. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizə 2014-cü ildə 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunub. 2015-ci ilin yanvar-iyun aylarında isə ümumi dəyəri 16,4 milyon ABŞ dolları olan 27,3 min ton xam palma yağı idxal olunub. Palma yağının böyük bir hissəsi İndoneziyadan, cüzü bir hissəsi də Malayziyadan alınır.

Gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsi açıqlanmır.

Bu qədər palma yağının niyə idxal edildiyi bəlli olmasa da, onun süd, pendir, xama, marqarin, dondurma və şokolad məhsullarının istehsalında geniş istifadə edildiyinə dair ehtimallar var. Bildirilir ki, palma yağı qidaların rəf ömrünü (istifadə müddətini) artırır.

Qeyd edək ki, son iki ildə Azərbaycana böyük həcmdə palma yağının idxal edilməsinin səbəbləri ictimaiyyət arasında müzakirə mövzusu olsa da, əlaqədar qurumlar susurlar. Xüsusilə Ramiz Həsənovun rəhbərlik etdiyi Standartlaşma, Meteorologiya və Patent Komitəsi ilə Şahi Mustafayevin rəhbəri olduğu İqtisadiyyat Nazirliyi məsələ ilə bağlı hər hansı münasibət bildirmək istəmir.

Adıçəkilən hökumət qurumlarının bu mövzuda səssizliyinin səbəbləri maraq doğurmaya bilməz.

Danışan adının çəkilməsini istəməyən mənbə bu barədə konkret fikir səsləndirməyin çətin olduğunu söyləsə də, istisna etmir ki, həmin yağdan istifadə edən istehsal müəssisələri hansısa iri, nüfuzlu məmurların nəzarətindədir, ona görə də adıçəkilən nazirlik və komitə məlum məsələyə müdaxilə etməkdən çəkinirlər.

Ən ilginci isə ondan ibarətdir ki, ötən il Ramiz Həsənovun komitəsi Azərbaycanda satılan kərə yağlarının bəzilərinin tərkibində palma yağı olması barədə söyləntiləri inadla inkar etmişdi. Halbuki bu da kifayət qədər mümkün məsələdir. Çünki palma yağının qiyməti idxalçılar üçün çox cəzbedicidir, 1 kiloqramının idxal dəyəri 60 qəpik civarındadır. Belədə ondanm sonra da əhaliyə "kərə yağı” kimi sırınan və yüksək qiymətə satılan yağlarda istifadə edilməsi niyə mümkün olmasın?!

Unutmayaq ki, palma yağı zahirən kərə yağına oxşayır, bu isə onun dəyərindən 8-10 dəfə baha qiymətə istehlakçılara kərə yağı adı ilə satılmasını mümkün edir.

Hər halda bir ildə ölkəyə 47,6 min ton palma yağı idxal olunur və bunun hansı məqsədlə istifadə edildiyi gizli saxlanılırsa, bunun arxasında xoş olmayan niyyətlər axtarmaq təbiidir. Təbii olmayan isə, yuxarıda da vurğuladığımız kimi, başda Ramiz Həsənovun komitəsi ilə Şahin Mustafayevin nazirliyi olmaqla, əlaqədar dövlət orqanlarının susqunluğudur.

Bu səssizlikdən çıxan ilk nəticə odur ki, deyəsən, doğrudan da "torbada pişik var...”

qaynarinfo


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ