SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » MƏHKƏMƏ VƏLİ HÜSEYNOVUN ARZUSUNU ƏDALƏT MURADOVUN ZİYANINA ÇİN ETDİ...

MƏHKƏMƏ VƏLİ HÜSEYNOVUN ARZUSUNU ƏDALƏT MURADOVUN ZİYANINA ÇİN ETDİ...

Tarix:

31-08-2018, 10:59

/ 1 542 dəfə oxundu.
MƏHKƏMƏ VƏLİ HÜSEYNOVUN ARZUSUNU ƏDALƏT MURADOVUN ZİYANINA ÇİN ETDİ...

[left][/left]Bu gün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (hakim Vidadi Məmmədovun sədrliyi ilə) «Təzadlar» qəzetinin Prezident Yanında AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynova qarşı iddiası üzrə məhkəmə iclasını keçirdi.
Qarşı tərəfin nümayəndəsi iclasda iştirak etməsə də, kollegiya AAK rəhbərliyinə iclas barədə məlumat verdiyini, məlumatın çatdığını, obyektiv səbəb olmadan iclasa gəlinmədiyini nəzərə alaraq iclası açıq elan etdi.
Kollegiyanın sədri iddiaçı «Təzadlar» qəzetinin nümayəndəsi-qəzetin baş redaktoru Asif Mərzilinin apellyasiya şikayəti barədə rəyini soruşdu. Baş redaktor bunları dedi:
-Möhtərəm kollegiya üzvləri! Adətən KİV-məmur çəkişmələrinin məhkəmədə çözülməsinin bir səbəbi bu olur ki, niyə jurnalist yazını dərc etdirməmişdən əvvəl qarşı tərəfə sorğu göndərib mövqeyini öyrənməyib… «İnformasiya əldə etmək haqqında» Azərb. Resp. Qanununda sorğuçunun və informasiya sahibinin hüquq və vəzifələri nəzərdə tutulub. Prezidentin imzaladığı bu qanunun Prezident yanında AAK-da pozulması təəssüfləndirici haldır… Redaksiyaya ADİU rektoru Ədalət Muradovun doktorluq və professor diplomlarının qanunsuz əsaslarla əldə etməsi barədə məlumat daxil olmuşdu. Məlumatda bildirilirdi ki, Ə.Muradov Prezidentin sərəncamı ilə rektor təyin edilərkən onun şəxsi işinə professor olması barədə sənəd daxil edilib. Lakin sonradan məlum olub ki, o, professor deyildir, bu təyinatdan sonra AAK ona tələm-tələsik professor diplomu verib və s. Bu məlumatlar AAK-ın rəsmi saytında yerləşdirilib…
Kollegiyanın sədri Vidadi Məmmədov:
- Asif müəllim, biz işi diqqətlə oxumuşuq və bilirik ki, siz də rəsmi sorğu verərək həmin məlumatların AAK-ın rəsmi saytında olmasını əsas tutub bunun rəsmi blankda təsdiq edilərək sizə verilməsini xahiş etmisiniz… Qarşı tərəf dəfələrlə sizə zəng vurub, xahiş edib ki, AAK-ın rəsmi saytındakı məlumatı bizim rəsmi məlumat kimi qəbul edin… Siz isə bunun yazılı surətdə verilməsini istəmisiniz… Məgər saytdakı məlumatı götürüb dərc etsəniz, sonra qarşı tərəf bunu inkar edəcəkmi?
Asif Mərzili:
-Möhtərəm kollegiya üzvləri! Mən əvvəl dedim, sayt internet resursudur və bu yaxınlarda Mingəçevirdəki məlum hadisə-partlayışdan sonra ölkə qaranlığa qərq oldu, bütün dövlət qurumlarının saytları bağlandı. Birdən oxşar hadisə oldu və biz həmin məlumatı verəndən sonra dedilər ki, filan məlumatda texniki səhv var, düzəliş edin, ya da sizi məhkəməyə veririk. Bu zaman nə baş verməlidir? Amma rəsmi blankda təsdiqlənərsə, məsuliyyət qarşı tərəfin boynunda qalacaq… Ortada həlledilməz bir problem də yoxdur. Sadəcə, AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov saytdakı həmin məlumatı olduğu kimi rəsmi blankında yazıb bizə verməlidir, amma vermir. Hətta özümüz təklif etmişik ki, bu məlumatı rəsmi qaydada verin, qanunlarımıza hörmət gətirilsin. Axı niyə məmurlar prezidenti çox istədiklərini dildə deyirlər, amma əməldə Prezidentin imzaladığı qanunu saymırlar? Qanuna riayət etmək elə bizim boynumuza düşüb???
Hakim:
- Bilirsiniz, siz birinci instansiya məhkəməsindən sorğuya cavab vermək öhdəliyinin inzibati qurum rəhbərinin üzərinə qoyulması barədə qərar verməsini xahiş etmisiniz… Lakin bəzən məhkəmə sorğunun hansı formada verilməsinin mahiyyətinə müdaxilə edə bilmir… Məsələn, birinci instansiya məhkəmə iddianızı təmin etsəydi, qarşı tərəf bir cümlə nəsə yazıb sizə göndərəcəkdi və siz də qane olmayıb yenidən yuxarı instansiya məhkəməyə şikayət verəcəkdiniz…
Hakimin səmimi söhbət və şərhindən sonra Asif Mərzili bunları xahiş etdi:
-Möhtərəm kollegiya üzvləri! Mən Sizi yaxşı başa düşürəm… İmkanınız varsa, qarşı tərəfə izah edin, saytındakı həmin məlumatı rəsmi blankında yazıb bizə versin, mən onun dərc olunmayacağına söz verirəm. Sadəcə, istəyirik ki, AAK rəhbərliyi qanunlara hörmətlə yanaşsın, inadkarlıq etməsin…
Bundan sonra məhkəmə müşavirəyə getdi. Müşavirədən sonra «Təzadlar» qəzetinin 1 say1ı İnzibati-İqtisadi Məhkəmənin qərarından verdiyi apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar elan olundu.
«Redaksiya həmin qərardan kassasiya şikayəti verəcək… Bir daha deyirəm, Prezident yanında AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov AAK-ın rəsmi saytındakı məlumatı rəsmi blankında yazaraq qəsdən bizə təqdim etmir. O, bununla da ADİU rektoru Ədalət Muradovun adının mətbuatda və məhkəmə iclas zallarında daha çox hallandırılmasını istəyir», -deyə Asif Mərzili bildirdi.
Eldar Əzizli
P.S.Xatırladırıq ki, AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovla Xalq artisti Nazpəri Dostəliyeva da doktorluq diplomu məsələsində oxşar problemi yaşayırlar...

Şərhlər

XƏBƏR LENTİ