SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Mehman Hüseynovun məhkəməsinin vaxtı açıqlanıb

Mehman Hüseynovun məhkəməsinin vaxtı açıqlanıb

Tarix:

17-08-2018, 14:38

/ 1 863 dəfə oxundu.
Mehman Hüseynovun məhkəməsinin vaxtı açıqlanıb

Bloqqer Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciət üzrə məhkəmənin vaxtı açıqlanıb.

Məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçiriləcək iclas avqustun 24-nə təyin edilib.

Məhkəmə hakim Rəşad Məmmədovun icraatına verilib.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb.

Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

M.Hüseynovun anası Firəngiz Hüseynova avqustun 6-da vəfat edib. Ona anasının yas mərasimində iştirak etmək üçün icazə verilmişdi və müvəqqəti azadlığa buraxılmışdı.

Şərhlər

XƏBƏR LENTİ