yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

MTN generallarının 10 illik maaşları açıqlanıb

MTN generallarının 10 illik maaşları açıqlanıb
17-01-2017, 17:45 1 444 dəfə baxılıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun xidməti dövrü ərzində aldığı əməkhaqqının miqdarı açıqlanıb.
Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin bu cinayət işi üzrə istintaq orqanına göndərdiyi məktubda qeyd olunub.
MTN-nin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov qulluq etdiyi 2005-2015-ci illər müddət ərzində 303.846,67 manat əməkhaqqı alıb.
Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 2005-2015-ci illər ərzində xidmət edib, əməkhaqqısı ümumilikdə 263.555 manat təşkil edib.
Bundan başqa, əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, MTN əməkdaşları Füzuli Əliyev, Natiq Əliyev, Zaur Məmmədov, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizov 2005-2015-ci illər ərzində xidmətdə olublar.
Bu illər ərzində Füzuli Əliyev 146.707,35, Natiq Alıyev 112.495,55, Zaur Məmmədov 140.813,2, Natavan Mirvətova 341.492, Fərhad Atayev 171.826, Anar Şirəliyev 139.662,87, Elşad Əzizov 171.826,08 manat əməkhaqqı alıblar.
Digər təqsirləndirilən Eşqin Əliyev MTN-də 2014-2015-ci illər ərzində xidmətdə olub. O, həmin illər ərzində ümumilikdə 11.709,2 manat pul təminatı alıb.
Bu rəqəmlər təqsirləndirilən şəxslərin təkcə əməkhaqqı deyil. Qeyd olunan məbləğlərə təqsirləndirilən şəxslərə edilən maddi yardım, mükafat, məzuniyyət və müalicə müavinətləri də daxildir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ