SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Arif Alışanovun məhkəməsində QALMAQAL - Vəkillər dalaşdı

Arif Alışanovun məhkəməsində QALMAQAL - Vəkillər dalaşdı

Tarix:

13-07-2018, 17:25

/ 2 072 dəfə oxundu.
Arif Alışanovun məhkəməsində QALMAQAL - Vəkillər dalaşdı

Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanova sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov, Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aqşin Hüseynovun vəkili Gülşən Salmanova çıxış edərək müvəkkilinə azadlıqdam məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edib.

Vəkil bildirib ki, cinayətin açılmasında Aqşin Hüseynovun xidmətləri olub, ona görə də, onun barəsində bəraət hökmü çıxarılmalıdır.

Şücaət Əkbərovun vəkili İmamqulu Həsənov Gülşən Salmanovanın çıxışına etiraz edib. Vəkillər arasında mübahisə yaranıb. Hakim onları sakitləşdirib.

Aqşin Hüseynovun digər vəkili Nüşabə Ağayeva da çıxışında müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib: "Onun mütəşəkkil dəstənin üzvü olması nə istintaq dövründə, nə də məhkəmə dövründə sübuta yetirlib".

Daha sonra prosesdə Qoçəli Cəbiyevin vəkili müdafiə çıxışı edərək müvəkkili tutulan zaman sağlam olduğunu, sonradan əlillik qazandığını deyərək, onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Şücaət Əkbərovun vəkili İmamqulu Həsənov da çıxış edərək müvəkkili barəsində verilən ittihamların heç birinin məhkəmə dövründə sübuta yetirilmədiyini deyib: "Müvəkkilimin Arif Alışanov və onun ailə üzvləri ilə biznes əlaqələri olub. Onu öldürmək niyyəti olmayıb".

Vəkil sonda Ş. Əkbərov barəsində heç bir ittihamın sübuta yetirilmədiyini əsas gətirərək haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Xatırladaq ki, ötən prosesdə prokuror Fərid Nağıyev çıxış edərək Şücaət Əkbərovun 18 il, Qoçali Cəbiyev 16 il, Zöhrab Şirinovun 17 il, Aqşin Hüseynovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror həmçininn Ş.Əkbərovun özü, keçmiş həyat yoldaşı və qızının adına olan əmlakın müsadirə olunması və A.Alışanova dəymiş ziyanın ödənməsinə yönəldilməsini istəyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Şərhlər

XƏBƏR LENTİ