SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Müdafiə Sənayesi Naziri kim olacaq? - İDDİALILAR

Müdafiə Sənayesi Naziri kim olacaq? - İDDİALILAR

Tarix:

9-07-2018, 13:01

/ 3 580 dəfə oxundu.
Müdafiə Sənayesi Naziri kim olacaq? - İDDİALILAR

Müdafiə Sənayesi Naziri Yavər Camalovun ölümündən sonra bu vəzifəyə iddialılar ortaya çıxıb.

Gununsesi.info-nun xəbərinə görə, mərhum nazirin 40 mərasimindən sonra prezident tərəfindən yeni nazirin təyinatı olacaq. Ölkədə kifayyət qədər nüfuzlu nazirliklərdən biri sayılan bu posta iddialılar arasında hətta yüksək vəzifə daşıyanlar da var.

Saytımızn araşdırması zamanı bəlli olub ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov da Yavər Camalovun yerinə sahiblənmək istəyir.

Mənbəmizin sözlərin görə, hələ prezident seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibi formalaşan zaman o, bu istəkdə olub.

Xatırladaq ki, digər nazirliklərə təyinatla müqayisədə həm Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinə, həm də Müdafiə Sənayesi Nazirliyinə təyinat gec baş tutdu. Qaynağımızın sözlərinə görə, həmin dövrdə Kərəm Həsənov bu posta sahiblənmək istəsə də onun bu istəyi baş tutmayıb.

Yavər Camalovun ölümündən sonra Kərəm Həsənov üçün ikinci şans yaranıb.

Bundan başqa Maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadənin də bu posta iddialı olmasına dair məlumatlar dolaşmaqdadır.

Şərhlər

XƏBƏR LENTİ