SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Mingəçevirdəki qəza bir çox məmurları hədəfə çevirib - 3 dövlət qurumu əsas hədəfdir

Mingəçevirdəki qəza bir çox məmurları hədəfə çevirib - 3 dövlət qurumu əsas hədəfdir

Tarix:

4-07-2018, 18:31

/ 1 343 dəfə oxundu.
Mingəçevirdəki qəza bir çox məmurları hədəfə çevirib - 3 dövlət qurumu əsas hədəfdir

"Mingəçevirdəki qəza bir çox məmurları hədəfə çevirib". Bunu DİA.AZ-a açıqlamasında hökumətdəki mənbə iddia qaynaq bildirir ki, bu böhran günlərində təkcə "Azenerji" sınaqdan uğursuz çıxmayıb, eyni zamanda bir çox dövlət qurumlarının, məsələn Metropolitenin də eyni dərəcədə böhranlı vəziyyətdə olduğu aşkara çıxıb.

Mənbə bildirir: "Hələlik araşdırma gedir. Bu cür fövqəladə hallar şəraitində dövlətin müvafiq qurumlarının verdiyi reaksiyalar da araşdırılır. Cəzalar çox sərt olacaq. Çünki hansısa məmurların büdcəni yeməsi, işinin öhdəsindən gələ bilməməsi ölkəni əməlli-başlı sarsıntıya soxmuş oldu. Bu, isə cavabsız qalmayacaq".

Mənbə iddia edir ki, "Azenerji", Metropolitenlə yanaşı Fövqəladə Hallar Nazirliyinin də rəhbərliyi hadisədən, baş vermiş olaya reaksiyalardan sorumlu tutulur.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ