SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Bakının icra başçısı müəmması davam edir - GƏLİŞMƏ

Bakının icra başçısı müəmması davam edir - GƏLİŞMƏ

Tarix:

4-07-2018, 10:32

/ 1 050 dəfə oxundu.
Bakının icra başçısı müəmması davam edir - GƏLİŞMƏ

Məlum olduğu kimi, ötən gün gecə saatlarında Azərbaycanın demək olar ki, bütün bölgələri, o cümlədən paytaxt Bakı qaranlığa qərq oldu. Sonradan məlum oldu ki, ölkədə yaranmış bu problemə səbəb Mingəçevir İES-də baş verən yanğındır. Doğrudur, işıqların sönməsindən bir neçə saat sonra Bakıda və bir sıra bölgələrdə elektrik enerjisinin verilişi bərpa olundu. Lakin əhalinin az qala yarıdan çoxunun yaşadığı, mühüm sosial-iqtisadi əhəmiyyətə malik paytaxt Bakıda elektriklərin kəsilməsi həm bir sıra problemlərə yol açdı, həm də ajiotaja səbəb oldu. Dünyanın bir çox ölkələrində adətən bu cür hallarda şəhər meri önə çıxır və baş verənlər, onun nəticələri və həlli barədə ictimaiyyətə məlumat verir.
Lakin göründüyü kimi, ötən gün paytaxtda baş verənlərlə bağlı ictimaiyyət qarşısına çıxacaq şəxs tapılmadı. Ümumiyyətlə, paytaxtda baş verə biləcək hadisələrdə məsuliyyəti öz üzərinə götürəcək məsul şəxs hələ ki yoxdur. Məlum olduğu kimi, 21 apreldə yeni hökumətin təsdiq olunmasından sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu bu günə qədər boş qalır. Baş nazir müavini təyin olunan Hacıbala Abutalıbou kimin əvəzləyəcəyi də məlum deyil.
Beləliklə, Bakıda işıqların sönməsi ilə bağlı yaranmış problemlər BŞİH rəhbəri postunun boş qalması məsələsini yenidən aktuallaşdırıb. Bəzi iddialara görə, postun bu günə qədər boş qalmasının səbəbi ilk dəfə olaraq Bakıda da keçiriləcək mer seçkiləri ilə bağlı ehtimallardır. Hansı ki, Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mer seçkiləri yoxdur. Hətta Ermənistan və Gürcüstanda bütün şəhərlər üzrə merlər seçilir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “Xarici ölkələrdə bu cür hadisələrdə şəhər merləri, rəhbərləri ictimaiyyət qarşısına çıxıb reaksiya verirlər. Lakin çox təəssüf ki, hələ də Azərbaycanda seçilmiş mer institutu yoxdur. Halbuki dəfələrlə bu məsələni gündəmə gətirmişik, geniş müzakirələr aparmışıq. Ən əsası Azərbaycanın Avropa Şurası qarşısında öhdəliyi var ki, mer seçkiləri keçirilməli, Bakı şəhəri üzrə Böyük Şəhər Bələdiyyəsi yaradılmalıdır. Yəni bununla bağlı öhdəlik olsa da bu öhdəlik yerinə yetirilmir.
Qeyd edim ki, bu cür olaylarda, fors-major hadisələrdə seçilmiş mer daha məsuliyyətli olur və həmən vətəndaşlarla təmas qurmağa, problemin çözülməsi üçün atılan addımları izah etməyə çalışır. Buna görə də Bakı şəhərində Böyük Şəhər Bələdiyyəsinin yaranması, mer seçkilərinin keçirilməsi çox bacib və aktual məsələdir və ötən gün baş verən hadisə bunu bir daha sübut etdi. Bu baş verəcəksə, mer daha məsuliyyətli olmağa, ictimaiyyətlə normal münasibət qurmağa çalışacaq ki, növbəti mer seçkisində bir daha seçilsin.
Ümumiyyətlə, şəhər infrastruktu ilə bağlı yaranmış problemlərə cavab verəcək şəxs lazımdır. Son zamanlar yolların təmiri ilə bağlı insanlar əziyyət çəkir. Təmirin nə zaman bitəcəyi, ümumiyyətlə, niyə təmir isti yay aylarında aparılır ki, nəticədə tıxaclar yaranır və sairə bu kimi suallar çoxdur və onlara şəhər meri reaksiya verməlidir".

Natiq Cəfərli BŞİH rəhbəri postuna təyinatın gecikmə səbəbi ilə bağlı ehtimallardan da söz açıb:
“Çox istərdim, ümid edərdim ki, bu təyinatın gecikməsinin səbəbi ehtimal olunduğu kimi Böyük Şəhər Bələdiyyəsinin yaranması ilə bağlı qanunun hazırlanmasıdır. Əgər bu baş verərsə, çox sevindirici olar.
Yox, əgər bu təyinatın gecikməsinə səbəb daxildəki qrupların namizədləri arasında gedən görünməyən, bizə məlum olmayan rəqabətin nəticəsidirsə, bunun əziyyətini bütün şəhər infrastrukturu çəkir. Düşünmürəm ki, BŞİH-ə rəhbərlik edə biləcək namizəd tapılmasın. Belə namizdlər var. Lakin bu çox böyük post olduğu üçün böyük ehtimalla daxili siyasi qrupların bu post uğrunda rəqabəti gedir və bu təyinat gecikir".

Şərhlər

XƏBƏR LENTİ