SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Texnogen fiaskosu və ya “Azərenerji”nin bacarıqsız açıqlaması

Texnogen fiaskosu və ya “Azərenerji”nin bacarıqsız açıqlaması

Tarix:

3-07-2018, 10:35

/ 1 391 dəfə oxundu.
Texnogen fiaskosu və ya “Azərenerji”nin bacarıqsız açıqlaması

2 iyul bazar ertəsindən 3 iyul çərşənbə gününə keçən gecə, təxminən 00:20 radələrində Bakı, Sumqayıt, Gəncə, Şirvan, Ağdaş, Bərdə şəhərləri və ölkənin bir sıra digər rayonları elektrik enerjisiz qaldılar.
Media.Az-a istinadən bildiririk ki, bu hadisə Ermənistan tərəfdən istənilən diversiyanı qarşılamaq iqtidarında olan Azərbaycan əhalisini həyəcanlandırdı.
Sonra məlum oldu ki, problem Mingəçevir İstilik-Elektrik Stansiyasının enerji bloklarından birində qəza nəticəsində yaranıb.

Problem aradan qaldırılmağa başladı, hazırda rayon və şəhərlərdə işıq bərpa olunmaqdadır.
02:30 radələrində isə KİV-ə problemin anomal hava şəraiti ilə əlaqədar yarandığını deyən “Azərenerji” rəhbəri Etibar Pirverdiyevin açıqlaması daxil oldu.
Belə görünür ki, cənab Pirverdiyev həm xalqın, həm də “yuxarıların” neqativ reaksiyasından qorxub dərhal problemdən qaçmağa tələsdi və bunun üçün məmurların sevimli ifadələrindən istifadə etdi: “Mənlik bir şey yoxdur. Problem ******”.

Ulduzların əvəzinə məmur caməsinin ağlına gələ biləcək istənilən səbəbi yazmaq olar. “Azərenerji” ilə bağlı olan halda isə günahı anomal hava şəraitinin üstünə atdılar.

Gəlin ondan başlayaq ki, bu arqument heç bir tənqidə dözmür. Əvvəla, Azərbaycanda yayda həmişə istidir. Orta illik temperaturdan iki-üç dərəcə çox elektrik stansiyasının enerji bloklarının işini sarsıda bilməz. Bu avadanlıq qərb ölkələrində istehsal olunur və bütün beynəlxalq standartlara cavab verir.
Hətta Bakıda adi göydələnin tikintisi zamanı elektrik sisteminin texniki iş normaları – 30 - +50 dərəcə Selsi götürülür.
Əmin olmaq olar ki, sənaye elektrik avadanlığının parametrləri mənzil generatorları üçün tələblərdən xeyli, bəlkə də iki dəfə çoxdur.
Gəlin cənab Pirverdiyev və onun komandasına Fars körfəzi ölkələrinə ezamiyyətə getməyi və orada analoji avadanlığın 60 dərəcə Selsi temperaturda necə işlədiyini izləməyi məsləhət verək.
İkincisi, Azərbaycanın enerji sistemi necə qurulub ki, bir blokda qəza paytaxt da daxil olmaqla, ölkənin beş strateji əhəmiyyətli şəhərini enerjidən məhrum edir?

Bütün ölkədə xəstəxanalar və bəzi hərbi hissələr də daxil olmaqla, mühüm strateji obyektlər elektrik enerjisiz qaldılar.
Son beş ildə “Azərenerji” dövlət büdcəsindən 1 milyard manata yaxın vəsait alıb.
Əgər normanı 2 dərəcə aşan hava bütün respublikanı enerjisiz qoyursa, bəs bu vəsaitlər hara xərclənib?
Məqaləni hazırlayarkən məlum oldu ki, Prezident İlham Əliyev Mingəçevir İES-dəki qəzanın nəticələrinin aradan qaldırılmasını şəxsi nəzarətinə götürüb.
Görünür Pirverdiyevi xoşagəlməz, vəzifəsini itirməsinə səbəb olacaq hadisələr gözləyir. Uzun illər tutduğu, lakin savadsız hərəkətləri ilə daha çox yadda qaldığı vəzifəsini...

Şərhlər

XƏBƏR LENTİ