yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Camal Quliyevin işdən qovulma səbəbi açıqlandı – Rəsmi

Camal Quliyevin işdən qovulma səbəbi açıqlandı – Rəsmi
22-06-2018, 16:35 669 dəfə baxılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin tarlalarda baş vermiş zəhərlənməyə görə işdən çıxarıldığı rəsmən təsdiqlənib.

Bu barədə Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyinin bir neçə rayonda pambıq tarlalarındakı zəhərlənmə faktı ilə bağlı yaydıqları birgə məlumatda qeyd olunub.

Xatırladaq ki, C.Quliyev bundan əvvəl açıqlamasında işdən tarladakı zəhərlənməyə görə çıxarıldığı barədə yayılan məlumatları təkzib etmiş, başqa işə keçirilməsi ilə bağlı öz ərizəsi əsasında vəzifədən kənarlaşdırıldığını bildirmişdi.

Ötən gün isə onun Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri vəzifəsinə təyinat aldığı haqda məlumat yayıldı.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ