SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Rüşvətxor, qudurğan bəzi idarə-təşkilat rəhbərləri jurnalistləri ləkələməyə çalışırlar”

“Rüşvətxor, qudurğan bəzi idarə-təşkilat rəhbərləri jurnalistləri ləkələməyə çalışırlar”

Tarix:

8-06-2018, 09:24

/ 1 609 dəfə oxundu.
“Rüşvətxor, qudurğan bəzi idarə-təşkilat rəhbərləri jurnalistləri ləkələməyə çalışırlar”

“Dövlətin minlərlə, milyonlarla manat pulunu oğurlayanlara niyə “reket” demirlər? Əsl reket onların özü deyilmi?”

Bu gün cəmiyyətdə jurnalist adına ləkə gətirən şəxslər də az deyil. Sözsüz ki, zamanla hər bir sahədə belə saxtakarların olması bu sahədə öz əməyi ilə çalışan şəxslərin də adına ləkə gətirib. Bu adamların hərəkəti isə jurnalist adına belə bir ad gətirib: “reket jurnalist”.

Uzun müddət mətbuatda çalışmış sabiq millət vəkili, nasir Xeyrəddin Qoca Moderator.az-a açıqlamasında bildirdi ki, “reket jurnalistikası” tam yanlış bir deyimdir:

“Reket jurnalistika” demək jurnalistlərə iftira atılması, onları gözdən salınması, hörmətsiz edilməsi məqsədini güdür. Çünki nə jurnalistika elmində, nə heç bir ölkədə, nə də heç bir dəftər-kitabda “reket jurnalistika”sı ifadəsi yoxdur və ola bilməz. “Jurnalist” sözünün qarşısında heç bir neqativ məna daşıyan söz demək mümkün deyil.

Hələ 30-40 il bundan əvvəl deyilib, yazılıb ki, jurnalist xalqın inandığı, etibarlı, möhtərəm bir insandır. Hətta, arvad ərinə deyə bilmədiyi sirri jurnalistlərə söyləyir. Jurnalistlər həmişə xalqın xeyirxah, köməkçisi olub. Jurnalistlərə dövlət də inanır, onların yazdıqları bir felyetona görə məmurlar, vəzifəli şəxslər cəzalandırılır, məhkəmə qarşısına dayanırlar. Jurnalist necə reket ola bilər ki? Onun silahı, topu, tapançası yox, zorlu qolu yox, mafiyası yox! Ümumiyyətlə, “reket” sözü jurnalistlərə aid ola bilməz. İyirmi-iyirmi beş il bundan əvvəl eşidirdik ki, reketlər filan benzin stansiyasına hücum edib, pul alıblar. Reketlər filan mağazanı soyublar. Reketlər filankəsdən borclu olduğu pulu alıb, sahibinə qaytarıblar. Görürsünüz “reket” kimlərə deyilir?”

X.Qoca peşəsindən istifadə edən dırnaqarası jurnalistlərin də fəaliyyətinə toxundu:

“Əyri yolla gedən jurnalistlərlə bağlı Cinayət Məcəlləsində aydın göstərilib: Dələduz! Bunun üçün qanun var, məhkəmə var, məsuliyyət var. Jurnalistlərin təmiz adını batırmağa lüzum varmı?
Mənə elə gəlir ki, jurnalistləri hörmətdən salma “missiyası” xüsusi şəxslər tərəfindən həyata keçirilir və xüsusi məqsəd daşıyır. Dövlətin minlərlə, milyonlarla manat pulunu oğurlayanlara niyə “reket” demirlər? Əsl reket onların özü deyilmi? Niyə “reket polis”, “reket prokuror”, “reket hakim”, “reket rəis”, “reket direktor”… deyilmir?”

X.Qoca deyib ki, jurnalist təşkilatlarının çoxu bu işə rəvac verirlər:

“Məqsəd jurnalistləri gücsüzləşdirmək, onların yazdıqlarını zərərsizləşdirmək, beləliklə, bəzilərinin əl-qolunu açmasını asanlaşdırmaqdır. Jurnalistlər axı, belələrinin əl-ayağına dolaşırlar…
Rüşvətxor, qudurğan, dərisinə sığmayan, insanlara yuxarıdan aşağı baxan bəzi idarə-təşkilat rəhbərləri jurnalistləri ləkələməyə çalışırlar. Əsl reket isə onların özləridir. Mən “reket” sözünü jurnalistlərin üzərindən götürmək üçün çox iş görə bilərəm. Onu da görürəm ki, jurnalist təşkilatları bəzi jurnalistlərin “reket” adlandırılmasına rəvac verirlər, kimlərinsə mənafeyini qorumağa çalışırlar və beləliklə özləri-özlərini ləkələyirlər. Mən bu nalayiq sözü jurnalistlərə yaraşdırmağın əleyhinə olduğumu bir daha bəyan edirəm! Çünki jurnalist adlandırdığımız peşə sahibi reket ola bilməz!”

Şərhlər

XƏBƏR LENTİ