yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Generalın qardaşı saxlanıldı – Göyçayda körpünün uçmasına görə

Generalın qardaşı saxlanıldı – Göyçayda körpünün uçmasına görə
6-06-2018, 22:54 588 dəfə baxılıb

Xəbər verdiyimiz kimi iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova, Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.
Xalqxeber.Az xəbər verir ki, unikal.org- un əldə etdiyi məlumata görə saxlanılan şəxs Nəciməddin Əliyevin kimliyi məlum olub.
Belə ki, N. Əliyev DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis generalı Ərziman Əliyevin qardaşıdır.
Xatırladaq ki, iyunun 2-də Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki körpü güclü selin təsirinə dözməyərək uçub. Güclü sel ölkə əhəmiyyətli təxminən 40 metr uzunluğu olan körpünü tamamilə uçurub.
Bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ