XalqXəbər.Az

“Krıtı Araz”a 10 il həbs tələb olundu

yüklənir...
“Krıtı Araz”a 10 il həbs tələb olundu
5-06-2018, 12:30
yüklənir...

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Krıtı Araz" ləqəbi ilə tanınan Araz Fərəcov, Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev və Xəyyam Qurbanlıya cəza istənilib.
Hakim Rasim Sadıxovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək A. Fərəcov 10 il 7 ay, V.Musayev, Eltən Əliyev və Renad Zahirovun hər biri 10 il, Namiq Babayev 7 il, Elməddin Şahbazun digər cəzasının bu cəza ilə birləşməklə 18 il, Xəyyam Qurbanlının isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İtthama görə, 8 saylı Cəzaçəkmə Məntəqəsində cəza çəkən Araz Fərəcov mütəşəkkil dəstəyə rəhbərlik edib. Dəstə üzvləri oğurluq, quldurluq və s. cinayətlərdə ittiham ediliblər. Dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov və Namiq Babayev ötən il aprelin 14-də DTX-nin əməliyyatı zamanı saxlanılıb.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.