yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Gədəbəyin sabiq icra başçısından XƏBƏR VAR - Bakı İstintaq Təcridxanasına köçürülüb

Gədəbəyin sabiq icra başçısından XƏBƏR VAR - Bakı İstintaq Təcridxanasına köçürülüb
1-06-2018, 18:37 1 105 dəfə baxılıb

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov bildirib.

O qeyd edib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan S. Rüstəmov üç gün əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

DİN və Baş Prokurorluğun yaydığı birgə məlumata görə, həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair sübutlar toplanıb.

Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan olunub.

Qeyd edək ki, Saleh Rüstəmov 1992-93-cü illərdə Gədəbəy rayon İcra hakimiyyətinin başçısı olub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ