SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Kosmetoloqun qurbanı onun müstəntiqlə gizli ''sövdələşmə''sini etiraf etdi - TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

Kosmetoloqun qurbanı onun müstəntiqlə gizli ''sövdələşmə''sini etiraf etdi - TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

Tarix:

26-05-2018, 17:02

/ 2 381 dəfə oxundu.
Kosmetoloqun qurbanı onun müstəntiqlə gizli ''sövdələşmə''sini etiraf etdi - TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

Kosmetoloq Elnarə Rzayevanın qurbanlarının sayı durmadan artır. Onlardan biri də Xatirə Fərzullayevadır. Başına gələnləri Criminal.az saytına danışan X.Fərzullayeva deyir ki, Elnarə Rzayevaya dodağındakı biopolimeri (gel) əritmək üçün müraciət edib. Onun sözlərinə görə, prosedurları etmək üçün kosmetoloqa 800 manat ödəyib:
''Onun vurduğu iynə dodaqlarımı yandıraraq bərbad vəziyyətə qoydu. Dəfələrlə qapısına getsəm də tərbiryəsizlik edərək söydü. Dodağımın yarası sağalsa da hazırda bərbad haldadır. Dodağımı dermatoloqlar güclə sağaltdılar. Başıma gələnlərlə bağlı Nəsimi rayon Prokurorluğuna şikayət etdim. İşi prokurorluğun əməkdaşı Ələkbər müəllim araşdırdı. Həmin şəxs mənə qaranlıq olan səbəbdən işi bağladı. O, vəkilimi kənara çəkərək pul da təklif edib. Deyib ki, Elnarədən pul almışam, sənin haqqını verim, işi bağlayaq. Dəfələrələ prokurorluğa getsəm də, heç bir nəticə olmadı.
• Ölkənin bir nömrəli məmur-monopolisti ''vuruldu'' - Kəmaləddin Heydərovun ən yaxın qohumudur
• Bakıda tanınmış kosmetoloq müştərisini döydü - ''Eşitmişəm ki, arxasında bir kişi dayanır...''
Ələkbər müəllim bildirdi ki, Elnarə yaxşı xanımdır, ona cinayət işi aça bilmərik. O qız başıma oyun açıb. Ələkbər müəllimlə əlbir olub, məni ələ saldı. Hər gün Ələkbər müəllim məni çağırırdı, sonra deyirdi get sabah gələrsən. Bir ay məni fırlatdı, axırda da nəticəsi olmadı. Ona görə də, Nəsimi Rayon Məhkəməsində iddia qaldırdım. Bir ilə yaxındır iş gedir, hələlik heç bir nəticə yoxdur. İşim hakim Rəşid Səmədovun icraatındadır. İki məhkəmə prosesi olub, heç birində Elnarə iştirak etməyib''.
X.Fərzullayevanın vəkili Toğrul Allahyarov Criminal.az saytına açıqlamasında bildirdi ki, şikayətimiz əsasında E.Rzayeva barəsində cinayət işinin başlanmasını Nəsimi rayon Prokurorluğu və Polis İdarəsi rədd edib.
• Maşınqayıran kosmetoloq məhkəmə qarşısında: Qurbanı ilginc açıqlamalar verdi
• ''Ağzım qanla dolu idi, danışa bilmirdim, tərpədən kimi qan axırdı...'' - Elnarə Rzayevanın daha bir qurbanı
Vəkilin sözlərinə görə, Elnarə Rzayeva tibbi və əczaçılıq fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyindən lisenziya almayıb. Hazırda da lisenziyasız fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyi vəkil sorğusuna cavab verib ki, E.Rzayeva onlardan heç bir sertifikat almayıb. İstifadə etdiyi preparatların mənşəyi isə bilinmir.
''Çünki dəfələrlə Vergilər və Səhiyyə nazirliklərinə müraciətlər etmişdik. Başqa bir vətəndaş Məmmədova Elnurə də həmin kosmetoloqdan şikayətçidir. Ona görə də Xatirə Fərzullayeva ilə birkildə həmin xanımın da iddiası var. Onlara tibbi prosedur ''Doktor Elnarə Rzayevanın Estetik Mərkəzi'' MMC və ''La sisters'' MMC-də həyata keçirilib''.
Vəkil əlavə etdi ki, Elnarə Rusiya vətəndaşıdır, 8-ci kilometr qəsəbəsində B.Nuriyev küçəsində müvəqqəti qeydiyatdadır.
Criminal.az saytının araşdırması nəticəsində X.Ferzullayevadan başqa bir neçə şəxsin E.Rzayevanın qurbanı olduğu məlum olub. Onlar Validə Firidunova, Aygün Məmmədova, G.O-ovadır. Həmin şəxslərin işi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
Səsləndirilən ittihamlara cavab almaq üçün qarşı tərəflə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Yazıda adı çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.
Kosmetoloqun qurbanı onun müstəntiqlə gizli ''sövdələşmə''sini etiraf etdi - TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR
Kosmetoloqun qurbanı onun müstəntiqlə gizli ''sövdələşmə''sini etiraf etdi - TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR
Kosmetoloqun qurbanı onun müstəntiqlə gizli ''sövdələşmə''sini etiraf etdi - TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR
Kosmetoloqun qurbanı onun müstəntiqlə gizli ''sövdələşmə''sini etiraf etdi - TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR
Kosmetoloqun qurbanı onun müstəntiqlə gizli ''sövdələşmə''sini etiraf etdi - TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR
Kosmetoloqun qurbanı onun müstəntiqlə gizli ''sövdələşmə''sini etiraf etdi - TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR
Kosmetoloqun qurbanı onun müstəntiqlə gizli ''sövdələşmə''sini etiraf etdi - TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR
Kosmetoloqun qurbanı onun müstəntiqlə gizli ''sövdələşmə''sini etiraf etdi - TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

Şərhlər

XƏBƏR LENTİ