yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Tanınmış jurnalist: “Kosmetoloq Elnarə Rzayeva məni azyaşlı qızımla şantaj edir”-FOTO

Tanınmış jurnalist: “Kosmetoloq Elnarə Rzayeva məni azyaşlı qızımla şantaj edir”-FOTO
25-05-2018, 09:30 880 dəfə baxılıb

Criminal.az saytının Baş redaktoru, tanınmış jurnalist Anar Məmmədov peşə fəaliyyəti ilə əlaqədar olaraq qəribə şantaj metodu ilə üzləşib. Həmkarımız Azinforum.az saytına açıqlamasında bildirib ki, o, tanınmış kosmetoloq Elnarə Rzayevanın “İnstaqram” səhifəsində bu halı görüb: “Bilirsiniz ki, rəhbərlik etdiyim sayt özünü kosmetoloq kimi təqdim edən Elnarə Rzayevanın “həkim” fəaliyyəti ilə bağlı zərərçəkən bir neçə şikayətçinin mövqeyini əks etdirən materiallar dərc edib. Qeyd edim ki, bizim həmin xanımla bağlı heç bir qərəzimiz olmayıb. Hətta edilən şikayətlərlə bağlı əvvəl onun mövqeyini də dərc etmişik. Bizə xanımın fəaliyyətilə bağlı dəhşətli və tərkibində cinayət sayılan faktlar, onları sübut edən fotolar təqdim olundu. Bizim peşəmiz həmin materialları işıqlandırmaqdı, bunu da etmişik. Görünür, məhz bu fəaliyyətimiz Elnarə xanımı qane etmir. Qəribə vəziyyət yaranıb, bunlar istəyir ki, ölkədə hansı üsulla istəyirlər pul qazansınlar, heç bir jurnalist də bu barədə yazmasın. Bu məsələ ilə bağlı tutduğumuz prinsipial mövqe Elnarə Rzayevanın ürəyincə olmadığı səbəbindən o, mənə qarşı açıq şantaj vasitələrindən istifadə etmək qərarına gəlib. Öz “İnstaqram” səhifəsində yazır ki, güya mən ondan pul istəmişəm və o həmin məbləği vermədiyi səbəbindən, ona qarşı belə qərəzliyəm. Təbii ki, bunların hamısı Elnarə Rzayevanın düşdüyü çıxılmaz durumdan qurtulmaq üçün uydurduğu yalanlardı. Ən maraqlısı isə budur ki, Elnarə Rzayeva bütün sərhədləri aşaraq, məni azyaşlı qız övladımla şantaj etmək kimi iyrənc metoda əl atıb. Həmin fotonu sizə təqdim edirəm. Bu, birbaşa mənim peşə fəaliyyətimə mane olmaq, məni tutduğum yoldan yayındıqmaq üçün edilən cinayət tərkibli cəhdir. Mən bilirəm ki, Elnarə Rzayevanın arxasında kifayət qədər nüfuzlu və imkanlı şəxslər durur. Onun mənim qızımla bağlı paylaşdığı şəkildə həm də gizli mesal əlamətlərini sezirəm. Demək istəyirlər ki, onların işinə mane olmağım övladımı itirmək bahasına başa gələ bilər. Mən kriminal xəbərlər üzrə ixtisaslaşmış jurnalistəm. Hər halda, qənaətim məni aldatmaz. Belə deyilsə, niyə mənim azyaşlı qızımın fotosunu yayıb, mənə mesaj verirlər? Bu vəziyyətlə bağlı məsələnin hüquq müstəvisində araşdırılmasını tələb edəcəm”.

Jurnalistin səsləndirdiyi fikirlərlə bağlı Elnarə Rzayevanın da mövqeyini dinləməyə hazırıq.
Tanınmış jurnalist: “Kosmetoloq Elnarə Rzayeva məni azyaşlı qızımla şantaj edir”-FOTO
Tanınmış jurnalist: “Kosmetoloq Elnarə Rzayeva məni azyaşlı qızımla şantaj edir”-FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ