yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Şou-biznes əhlinin narkotik “sevgisi” – səbəb nədir…

Şou-biznes əhlinin narkotik “sevgisi” – səbəb nədir…
23-05-2018, 12:32 567 dəfə baxılıb

Bir neçə gündür ki, Türkiyə şou-biznesində böyük qalmaqal yaşanmaqdadır.

“Medcezir” və “İçerde” adlı seriallardan məşhurlaşan aktyor Çağatay Ulusoy, aktrisa Gizem Karaca, müğənni Cenk Eren barəsində həbs qərarı çıxarılıb. Narkotik maddə ticarətində günahlandırılan hər iki aktyor 4 il 2 ay, müğənni isə 6 il 3 ay azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, Ç.Ulusoy, 2011-ci ildə “Türkiyə gözəli” yarışında ikinci olan aktrisa Gizem Karaca, Cemal Hünal, Yusuf Akgün, Ergun Taş, müğənni Cenk Eren, DJ Nuri Kösem, Ayşe Selin Boronkayın da aralarında yer aldığı 34 nəfərin mühakimə olunduğu proses 5 il davam edib, nəhayət, bu günlərdə məhkəmə qərarını açıqlayıb.
Sənətçilər əvvəlcə narkotik maddələrdən yalnız özləri istifadə etdiklərini desələr də, sonradan yaşadıqları evlərdən bu cür maddələr hazırlayan preparatlar, maşınlar aşkar edilərək götürülüb.
Qeyd edək ki, Türkiyənin məşhur sənətçilərinin narkotik ittihamı ilə həbs olunması ilk dəfə deyil və hətta bu cür olaylar az qala adiləşib. Məsələn, 2015-ci ildə Kənan İmirzalıoğlu, Hakan Yılmaz, Murad Yıldırım, Sarp Apak, Şahin İrmak, Engin Günaydın, Ersin Korkut, tanınmış müğənni Mehmet Erdəm, aktrisa Duyqu Yetiş, Murat Erkən, Koray Candəmir, Onur Buldu və Cəmil Büyükdöğərli kimi məşhurlar 10 ay həbs cəzası almışdı. Məşhurların vəkilləri onların narkotik maddədən ölkə xaricində istifadə etdiklərini sübut gətirərək bəraət qazanmağa çalışsalar da, cəhdlər heç bir nəticə verməmişdi.
Məşhur türk müğənnisi Yıldız Tilbe də 1996-cı ildə narkotik maddə istifadə etdiyi üçün həbs olunub. Eləcə də Tarkanın adı narkotik istifadə edənlərin sırasında çəkilir. Məşhur pop ulduzu buna görə bir zamanlar həbs də edilib. Lakin sonradan həbs cəzasından qurtularaq, sərbəst buraxılmışdı.
Müğənni Dəniz Səki də narkotik maddələrdən istifadə etməkdə və yaymaqda ittiham olunaraq 218 gün həbs edilmişdi.

Eləcə də İbrahim Tatlısəs gənc yaşlarında narkotik vasitələrdən istifadə edib. Sənətçi bu barədə öz müsahibələrində açıqlama verib.
Lakin təkcə türk sənətçiləri deyil, dünyanın ən məşhur ulduzlarının narkotik maddə “sevgisi” olduğu hər kəsə məlumdur. Bir çoxları da məhz narkotik maddələrdən dünyasını dəyişib. Məsələn, dünya şöhrətli müğənni Uitini Hyuston kokaindən dünyasını dəyişib. “Dark Knight” filmi də daxil olmaqla bir çox filmlərdən tanıdığımız aktyor Hit Lecer 2008-ci ildə reseptlə aldığı yüksək dozalı narkotik maddə qəbul etdikdən sonra dünyasını dəyişib.
Amerikalı solo ifaçı və bəstəkar Cenis Coplin 27 yaşında yüksək dozalı heroin qəbulu nəticəsində keçinib.
2009-cu ildə “pop musiqisinin kralı” Maykl Ceksonun həkimi ona ölümcül dərəcədə narkotik tərkibli ağrıkəsən “Propofol” dərmanı təyin etdikdən sonra dünya şöhrətli müğənni həmin preparatdan vəfat edib.
Şakiranın isə gənc yaşlarında olarkən narkotik maddə satıcısı olduğu bildirilir.
Britni Spirs isə vaxtilə uzun müddət depressiyadan və narkotiklə bağlı problemlərinə görə səhnə fəaliyyətinə ara verib. Ulduz ancaq 2011-ci ildə yenidən səhnəyə geri dönüb.
Narkotik maddə istifadəçisi olan məşhur dünya ulduzlarından, türk sənətçilərindən söz açdıq, lakin gizlin deyil ki, Azərbaycanın da məşhur ulduzları, sənətçiləri arasında narkotik asılılığı olan kifayət qədərdir.

Bu siyahıda adı öndə gələn sənətçilərdən biri xalq artisti, məşhur gitara ifaçısı Rəmişdir. Xalq artisti uzun müddət narkotik maddə istifadəçisi olub və bunu gizlətməyib. İfaçının müsahibələrinin birindən sitat: “Uşaqlıqdan narkotik istifadə edirəm, ”Kubinka”da, “Dağlı məhəlləsi”ndə olduğum üçün. Narkotik səhhətimə çox pis təsir edib, bu həqiqətdir. Kim mənim qədər narkotik istifadə etsəydi, çoxdan yox idi, – bu da həqiqətdir. Gör mən Allahın nə qədər düzgün bəndəsiyəm ki, hələ yaşayıram, ölməmişəm”.
Vaxtilə məşhur olan skripka ifaçısı Natiq Nuriyevin də gəncliyində narkotik asılılığı olduğu haqda şayiələr var.
Mərhum rep ifaçısı Hüseyn Dərya da narkotik maddə istifadəçisi olub. Məlumata görə, məhz bu səbəbdən repçinin ailəsində problemlər yaşanıb, nəticədə xanımı ondan boşanıb. İllər öncə repçi üzərində heroin aşkarlandığından həbs olunmuşdu.

Eləcə də repçi Elşad Xose illər öncə narkotik maddə gəzdirməkdə günahlandırılaraq həbs edilmiş, sonradan azadlığa buraxılmışdı.
Anar Nağılbazın da narkotik maddə istifadə etdiyi haqda mətbuatda müəyyən vaxtlarda yazılar dərc edilib.
Maraqlıdır, şou-biznes əhlinin narkotik maddə sevgisi nədən qaynaqlanır, səbəb nədir?

Mövzu ilə bağlı bəstəkar-müğənni Murad Arif “Yeni Müsavat”a danışıb:
“Hesab edirəm ki, narkotik maddələrdən asılı olmaq, ona maraq göstərmək peşə ilə bağlı deyil. Aramızda sadə peşə sahibləri var ki, onlar siqaret çəkir, narkotik maddələrdən istifadə edir. Bu, şəxsi iradəsizlik, asılılıqdır. Bəziləri qeyd edir ki, guya içəndə və ya narkotik maddə istifadə edəndə təbi yaxşı gəlir, yaxşı ifalar edir və sairə. Amma bu absurddur. Çünki insan gözəl qərarlarını ayıq başla icra edir. Bu cür vasitələr, sadəcə, insanların beynini dumanlandırır. Beləliklə, narkotik maddələrin sənətçiliklə əlaqələndirilməsinin qəti əleyhinəyəm. Şəxsən mənim ətrafımda narkotik maddələrdən istifadə etməyən sənətçilər daha çoxdur. Narkotik musiqidə deyil, küçədə, pis ətraflarda var. İnsanlar narkotik maddələrə peşədən deyil, həyatdan yoluxur”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ