SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Eldar Mahmudovun Naxçıvandakı "işgəncə kralı"nın həbsdəki dözüm limiti bitib - Onu bağışlamaq olarmı?

Eldar Mahmudovun Naxçıvandakı "işgəncə kralı"nın həbsdəki dözüm limiti bitib - Onu bağışlamaq olarmı?

Tarix:

21-05-2018, 10:39

/ 1 816 dəfə oxundu.
Eldar Mahmudovun Naxçıvandakı "işgəncə kralı"nın həbsdəki dözüm limiti bitib - Onu bağışlamaq olarmı?

14 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov əfv olunmaq üçün prezident İlham Əliyevə müraciət edib. Bu barədə gununsesi.info-ya məlumatlı mənbələrdən informasiya daxil olub.

Məlumatda bildirilir ki, ölkə başçısına ünvanladığı müraciətində sabiq nazir Azərbaycan dövləti qarşısında xidmət göstərdiyini xatırladaraq, prezidentdən onu bağışlamasını diləyib.

Musavat.com yada salır ki, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

Vəli Ələsgərov 2016-cı ilin martın 7-də həbs edilmişdi. Amma martın 29-da həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi. Bundan sonra isə general “rahat durmadı”. O, müdafiəçiləri vasitəsilə mediada müxtəlif səpkili bəyanatlar verməyə başladı. Üstəlik, keçmiş nazir istintaq prosesində təhqir və işgəncələrə məruz qaldığını iddia edirdi. V.Ələsgərovun vəkili “əlimizdə elə faktlar var ki, dövlətçilik naminə açıqlamırıq. Ortada yüksək rütbəli, vəzifəli şəxslər tərəfindən törədilən faktlar var” deyə, mediaya bildirmişdi. Bundan sonra, konkret desək, həmin ilin may ayında V.Ələsgərov barəsində həbs-qətimkan tədbiri seçildi.

15 il Naxçıvan MTN-ə rəhbərlik edən, öz qəddarlığı ilə tanınan, nazirliyin zirzəmisini işgəncə məkanına çevirən Vəli Ələsgərov Eldar Mahmudovun göstərişi ilə Naxçıvan rəhbərliyinin telefonlarını dinlədiyi, kompromat xarakterli materiallar toplayıb Bakıya ötürdüyü haqda iddialar da vardı.

Naxçıvanda “İşgəncələr kralı” kimi ad çıxaran Vəli Ələsgərovun vəkilləri onun həbsindən sonra hüquqlarının pozulması, həbsdə döyüldüyü barədə bəyanatlar yaysalar da, hüquq müdafiəçilərinin bu xəbərlərə reaksiyası olmadı. Naxçıvanda isə Eldar Mahmudovun muxtar respublikadakı “görən gözü, eşidən qulağı” olan Vəli Ələsgərovun daha sərt cəzalandırılması çağırışları oldu.

Media Vəli Ələsgərovun bu müraciətinə müsbət yanaşılacağını, onun bağışlanacağını inandırıcı hesab etmir.

Nəzərə alsaq ki, “Əfv haqqında” əsasnaməyə görə cəzanın yarısını çəkən məhkum əfv üçün müraciət hüququ qazanır. Vəli Ələsgərovun isə 2016-ci ildə məhkum olunmasını nəzərə alsaq, hüquqi olaraq onun əfv üçün şansının olmadığı aydın olur.

Şərhlər

XƏBƏR LENTİ