SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Arif Əsgərovun baldızı oğlu milyonların Elnar Əsgərovda olduğunu deyir

Arif Əsgərovun baldızı oğlu milyonların Elnar Əsgərovda olduğunu deyir

Tarix:

8-05-2018, 15:50

/ 1 548 dəfə oxundu.
Arif Əsgərovun baldızı oğlu milyonların Elnar Əsgərovda olduğunu deyir

Arif Əsgərovun digər baldızı oğlunun da məhkəməsi davam edir. O da dələduzluqda ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə əlavə şahidlər dindirilib.

R.Hüseynov zərərçəkmişlərin pulu Elnar Əsgərova verdiyini söyləyib.

Növbəti məhkəmə iclası mayın 16-da davam etdiriləcək.

R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul alıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il azadlıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib.

Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğludur.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb.

Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgrovun da adı keçir.

Şərhlər

XƏBƏR LENTİ