SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Xaləddin İsgəndərovun köməkçisi maxinasiyaların "qurbanı" olub?- İDDİA

Xaləddin İsgəndərovun köməkçisi maxinasiyaların "qurbanı" olub?- İDDİA

Tarix:

7-05-2018, 10:47

/ 1 517 dəfə oxundu.
Xaləddin İsgəndərovun köməkçisi maxinasiyaların "qurbanı" olub?- İDDİA

Binəqədi Rayon İcra Hakimiyyəti başcısının müavini Aygün Əliyeva bu günlərdə böyük maxinasiyalar edərək icra hakimiyyəti tərəfindən rayon ərazisində həyata keçirilən tədbirlər üçün ayrılan maliyyə vəsaitini mənimsəyib.

Belə bir iddia ilə AFN-ə məlumat verən mənbə bildirib ki, bunu bilən rayon icra hakimiyyətinin başcısı Xaləddin İsgəndərov A.Əliyeva ilə bağlı araşdırma aparılması üçün göstəriş verib: "Araşdırmanı aparanlardan biri də Xaləddin İsgəndərovun köməkcisi Cahangirzadə İskəndər olub. Araşdırma aparılanda aydın olub ki, müavin Aygün Əliyeva kurasiyasında olan rayon ərazisində fəaliyyət göstərən səhiyyə ocaqlarından, təhsil müəssisələrindən, bağçalardan hər ay “haqq” alırmış və həmin müəssisələr üçün rayon icra başcısı tərəfindən ayrılan vəsaitləri mənimsəyirmiş".
Mənbə iddia edir ki, bütün bu faktları üzə çıxardan başcının köməkcisi Cahangirzadə İskəndər bunlarla bağlı Xaləddin İsgəndərova məlumat versə də, nədənsə A.Əliyeva barəsində tədbir görülməyib: "Aygün Əliyeva da hər kəsə bildirib ki, bütün bu maxinasiyalardan başçının xəbəri var və ondan icazəsiz heç nə etməyib. Bütün bunlardan sonra başçı Xaləddin İsgəndərov Aygün Əliyevanın maxinasıyalarının üstünü açan özünün köməkçisi olan Cahangirzadə İskəndəri işdən azad edib".
Yazıda adları çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ