SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Müəmmalı şəkildə dənizdə batan modelin yaxınlarının şikayəti rədd olundu – böhtan imiş…

Müəmmalı şəkildə dənizdə batan modelin yaxınlarının şikayəti rədd olundu – böhtan imiş…

Tarix:

7-05-2018, 09:00

/ 1 378 dəfə oxundu.
Müəmmalı şəkildə dənizdə batan modelin yaxınlarının şikayəti rədd olundu – böhtan imiş…

Günel Mirzəyevanın ölümü üzərindən sirr pərdəsi götürüləcəkmi?

Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı qarışan şikayət rədd olunub. AzEuroNews.com xəbər verir ki, söhbət azərbaycanlı model, dənizdə müəmmalı şəkildə boğularaq dünyasını dəyişmiş “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Mirzəyevanın valideynləri, yaxınlarının adından Daxili İşlər Nazirliyinə göndərilən şikayətdən gedir. Şikayət müəllifləri deputat oğlu Həbib Axundovun hazırda həbsdə olan dostu Elnur İbrahimovun cəlb edildiyi dələduzluq işində adları keçən zərərçəkənlərin onların mərhum qızlarının ölüm işi ilə bağlı narahat etdiklərini iddia edirdilər. İndi məlum olur ki, 15 nəfərin imzaladığı şikayət ərizəsi böhtan xarakterli olduğuna görə rədd olunub.

Müəmmalı şəkildə dünyasını dəyişmiş bir qadının yaxınları niyə ölüm işinin araşdırılması tələbi ilə çıxış etmək əvəzinə Həbib Axundovdan şikayətçi olanlardan şikayətçi düşüblər? Bu şikayətin yazılması, Həbib Axundovun da adı hallanan işdə zərərçəkənlərə böhtan atılması kimə lazım olub?
Şikayətdən belə anlaşılırdı ki, Günel Mirzəyevanın müəmmalı ölüm işini jurnalistlərin araşdırması mərhumun yaxınlarının xoşuna gəlməyib. Amma onlar buna görə jurnalistləri deyil, Həbib Axundov və Elnur İbrahimovdan şikayətçiləri günahkar bilirlər. Halbuki hər ötən ay, gün müəmmalı ölümlə bağlı düyünlər bir-bir açılır və daha çox ilginc bir mənzərə ortalığa çıxır…

Günel Mirzəyevanın yaxınları bunu istəsələr də, istəməsələr də qızlarının dəhşət saçan ölümünün üzərindən sirr pərdəsi gec də olsa götürüləcək.

Gənc model Günel Mirzəyeva 2017-ci il iyunun 24-də Bilgəh çimərliyində, açıq dənizdə müəmmalı şəkildə boğulub. Yanında olanlar isə ona niyə kömək etməyiblər sualı bu gün də açıq olaraq qalır. Modelin müəmmalı ölümündən sonra sosial şəbəkələrdə və mətbuatda Günel Mirzəyeva boğularkən hamilə olması xəbərləri dolaşıb. İlk gündən Günel Mirzəyevanın dənizə deputat Elmira Axundovanın oğlu Həbib Axundovla getməsi bildirilsə də, deputat da, oğlu da bu məlumatları israrla təkzib etməyə başladılar. Ardından Günel Mirzəyevanın valideynləri, yaxınları hüquq mühafizə orqanlarına şikayət yazdılar. İstədikləri də bu oldu ki, bəs qızımızın müəmmalı ölümünü kimsə araşdırmasın!!!
Şikayət məktubuna əsasən araşdırma aparıldığı bir vaxtda Həbib Axundov saytlara açıqlama vermək məcburiyyətində qaldı. Amma yenə də həqiqəti gizlətməyə çalışdı. Dedi ki, 2017-ci ilin iyunun 24-də Günel Mirzəyeva dostları ilə dənizdə çimərkən boğulub. Həmin gün o da onlarla olub. Hadisə baş verən zaman sadəcə o, sahildə imiş. Həbib Axundovun bu açıqlaması özlüyündə Günel Mirzəyeva ilə əlaqələrinin olduğunu təsdiqləyir. Sadəcə Həbib Axundov “dostları ilə gedib” deməklə yenə də yaxasını kənar çəkirdi, özünün xanım modellə sosial şəbəkələrdə yazıldığı kimi sıcaq münasibətlərinin haralara qədər uzanmasını pərdələməyə çalışırdı. Amma həqiqət belədir ki, gec də olsa üzə çıxır. Xüsusən söhbət gənc bir xanımın ölümündən gedirsə, ortada bu ölümün müəmmalı olmasına dəlalət edən çoxsaylı məqamlar varsa, gec-tez bilinəcək. Həbib Axundov bunu istəsə də, gizlətməyə çalışsa da, ölən xanımın qohum-qardaşının yazdığı şikayətlərlə pərdələnməsi istəyi ortada olması da heç nəyi dəyişməyəcək…

► ► ► Mövzu ilə bağlı adı çəkilən şəxslərin də mövqeyini öyrənib dərc etməyə hazırıq.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ