SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Əhəd Abıyevin Kərəm Həsənov - Elmar Vəliyevlə filiz davası qızışır

Əhəd Abıyevin Kərəm Həsənov - Elmar Vəliyevlə filiz davası qızışır

Tarix:

7-05-2018, 08:56

/ 1 365 dəfə oxundu.
Əhəd Abıyevin Kərəm Həsənov - Elmar Vəliyevlə filiz davası qızışır

Daşkəsənin icra başçısı Əhəd Abıyevlə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədri Kərəm Həsənov, ona qohumluğu olan Gəncənin icra başçısı Elmar Vəliyev arasında filiz kombinatı uğrunda mübarizə qızışır

Daşkəsəndəki filiz kombinatının ələ keçirilməsi üçün Ə.Abıyev K.Həsənovla E.Vəliyevə açıq müharibə elan etmişdi.

Hətta prezidentin keçirdiyi konfransda Ə.Abıyev açıq mətnlə problem dilə gətirmişdi. Əli çatan mediaya da ötürmüşdü ki, K.Həsənov kombinatı dağıdır, dəmirlərini isə qohumu E.Vəliyev Gəncədəki bazarına daşıyır.

Tərəflərin qarşıdurması o həddə çatmışdı ki, Ə.Abıyev rayonda fəhlələri ayağa qaldırmışdı. Bununla diqqəti çəkmək və K.Həsənovu sıxışdırmaq istəyirdi.

Ancaq bu istəyinə nail ola bilmədi. Bir vaxtlar “qardaş” dediyi E.Vəliyevlə münasibətlərinin korlanması isə bu qovğanın daha da dərinləşməsinə səbəb olub.

Daşkəsənin icra hakiminə bu iki güclü məmura açıq savaş elan etməkdə hansısa dairələrin dəstək verdiyi iddia olunur. Onlar Ə.Abıyevi qabağa verərək K.Həsənovla mübarizə aparırdılar.

Hətta bir müddət əvvəl aprel qazisinin şikayət etməsinə görə Ə.Abıyev onu K.Həsənov tərəfindən öyrədilməkdə ittiham edirdi. Halbuki, qazi öz mənzil probleminin dərdində idi.

Buna baxmayaraq, tərəflər təzyiq rıçaqları kimi müxtəlif variantlara əl atırdılar. Bu mübarizə səngisə də, yenidən alovlanıb.

Kombinat E.Vəliyevə qohum olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun nəzarətindədir.

Müəssisəyə yeni gələn rəhbərliklə Daşkəsən icra başçısı Əhəd Abıyevin maraqlarının üst-üstə düşməsi onları K.Həsənov-E.Vəliyev qruplaşmasına qarşı qoyub.

Bir vaxtlar can deyib can eşidən Ə.Abıyevlə E.Vəliyev indi düşmənə çevriliblər. Hələ ötən il məsələ ilə bağlı unikal.org-a danışan Əhəd Abıyev deyib ki, həqiqətən də zavod ətrafında qovğa var:

“Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir.

Rasim Məmmədovun orada tez-tez göüründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”.

R.Məmmədov isə "Baku Cteel Company" zavodunun rəhbəridir. zavod 2001-ci ildə "Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi” məqsədi ilə "Daşkəsən Filizsaflaşdırma" ASC-nin özəlləşdirilməsinə qərar verilib və Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibindən çıxarılıb.

2016-cı ildə zavod Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçirilib. İndi də hər iki qurumun rəhbəri Daşkəsən filiz zavoduna iddialı olduğu üçün açıq mübarizəyə başlayıblar.

Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Rasim Məmmədovu dəstəkləməsi isə əslində mübarizəni qızışdırıb. O, K.Həsənov və E.Vəliyevlə kəllə-kəlləyə gəlib.

Daşkəsən Filiz Saflaşdırma” ASC-nin özəlləşdirlməsinə süni maneələr yaradılır.

Bunu Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans çərçivəsində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev demişdi.

Onun fikrincə, həmin müəssisəinin özəlləşdirilməsi ilə bağlı ölkə prezidentinin tapşırığı yerinə yetirilmir:

“Cənab prezidentin göstərişinə baxmayaraq bu müəssisənin özəlləşdirilməsi yubadılır. Bir neçə dəfə hərrac keçirilsə də, hansısa səbəblərdən özəlləşdirmə baş tutmadı”.

Yəni, müharibə açıq və aydın gedir, prezidentə qədər məruzə olunub. Baxaq, kim qalib çıxacaq…

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ