SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Nazirin adamları izahat yazası oldular... - İş araşdırılır

Nazirin adamları izahat yazası oldular... - İş araşdırılır

Tarix:

16-04-2018, 18:33

/ 2 120 dəfə oxundu.
Nazirin adamları izahat yazası oldular... - İş araşdırılır

Bu ilin aprelin 9-da səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlunun (İbrahimov) döyülməsi ilə bağlı istintaq işi Yasamal rayon 28-ci polis bölməsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) verilib.

Unikal.org xəbər verir ki, artıq jurnalistə qarşı cinayət hadisəsini törədən şəxslərin də kimliyi müəyyənləşib. Onlar Namiq Əliyev və Riyad Paşayevdir.

Hadisə ilə bağlı, bu gün Famil Fərhadoğlu Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağrılıb və ondan yenidən izahat alınıb.

Xatırladaq ki, 9 aprel tarixində Yasamal qəbiristanlığında Səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfnində peşə fəaliyətin yerinə yetirərkən Unikal.org-un əməkdaşı Famil Fərhadoğlu nazirin adamlarının hücumuna məruz qalıb, mobil telefonu əlindən alınıb, ona xəsarət yetirilib.

Şərhlər

XƏBƏR LENTİ