SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Qadınları fahişəliyə sürükləyən insan alverçisinin məhkəməsi

Qadınları fahişəliyə sürükləyən insan alverçisinin məhkəməsi

Tarix:

4-04-2018, 12:14

/ 1 738 dəfə oxundu.
Qadınları fahişəliyə sürükləyən insan alverçisinin məhkəməsi

İnsan alveri ilə həbs olunan qadın apellyasiya şikayəti verib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Mürşüdova Vəfa Ramiz qızının apellyasiya şikayətinə baxılacaq.

Xatırladaq ki, yanvar ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə azərbaycanlı qadınları Türkiyə və Dubaya apararaq orada cinsi istismara məruz qoyan Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vəfa Mürşüdovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vəfa Mürşüdova 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini Vəfa Mürşüdova saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə barəsində axtarış elan edilib.
Məlum olub ki, Vəfa Mürşüdova qadın alveri ilə məşğul olması üçün mütəşəkkil dəstə yaradıb. O, dəstə üzvlərinin vasitəsi ilə qadınları Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb.

Orada işə düzəltmək adı ilə apardığı qadınları zorla kişi müştərilərlə görüşmələrini tələb edib. Tələbini yerinə yetirməyən qadınlara isə döyərək işgəncə verib.

İstintaq araşdırması zamanı məlum olub ki, Vəfa Mürşüdova əvvəllər məhkum olunub. O, bir neçə il əvvəl də insan alveri törətdiyi üçün məhkum olunub. Həbsdən çıxandan sonra da eyni əməllərini davam etdirib.

Vəfa Mürşüdova törətdiyi əməli etiraf edib.

Daha sonra bu cinayət işinin istintaqının qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Şərhlər

XƏBƏR LENTİ